Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yeni hədəflər uğrunda

Yeni hədəflər uğrunda

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasının ən mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Bu səfər ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olması üçün əsas zəminin qoyulması baxımından tarixi hadisə oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qalib dövlət kimi beynəlxalq siyasi arenada artan nüfuzu və mövqeyi bu səfər vasitəsilə daha da gücləndi.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammitdə üç ölkənin dövlət başçıları sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair Birgə Bəyannaməni imzaladılar. Bu sənəd uzun illərdir davam edən münaqişənin bitməsinə və regionda davamlı sülhün qurulmasına yönəlmiş əhəmiyyətli addımdır. Birgə Bəyannamə Azərbaycan diplomatiyasının mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu və Azərbaycanın siyasi iradəsinin qalib gəldiyini nümayiş etdirir.
Sammitdə xüsusi diqqət çəkən məqamlardan biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması oldu. Bu sənədin tezliklə imzalanması və ratifikasiyası üçün zəruri tədbirlər görüləcək. Eyni zamanda, ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının bağlanması qərara alınaraq bu mexanizmin fəaliyyəti dayandırıldı. Bu addım uzun illər uğursuz nəticələrlə yadda qalan danışıqlar prosesinin sona çatdığını və yeni, daha effektiv mexanizmlərin tətbiqinə başlanmasını simvollaşdırır.
Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası baxımından "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlı layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, fasiləsiz əlaqə yaratmağı nəzərdə tutur. Bu dəhliz yalnız Azərbaycanın regional tranzit imkanlarını artırmaqla kifayətlənməyəcək, həm də Ermənistan üçün yeni iqtisadi və kommunikasiya imkanları açacaq. Zəngəzur dəhlizinin reallaşması isə Azərbaycanın beynəlxalq nəqliyyat siyasətində bərabərhüquqlu iştirakını təmin edən vacib addımdır.
Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu qrup enerji, ticarət, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə, həmçinin uzunmüddətli strateji tərəfdaşlığı möhkəmləndirməyə yönəlmişdir. ABŞ tərəfindən 1992-ci ildən tətbiq edilən və Azərbaycan-ABŞ əlaqələrinə məhdudiyyətlər gətirən 907-ci düzəlişin ləğvi isə ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdı.
Enerji sektorunda da əməkdaşlıq genişləndi: SOCAR ilə ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu enerji mənbələrinin səmərəli istifadəsinə imkan yaradacaq və ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.
Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının və beynəlxalq siyasi strategiyasının qələbəsi kimi qeyd olunur. Bu səfər həm də Cənubi Qafqazın gələcək siyasi arxitekturasını formalaşdıraraq regionda uzunmüddətli sülhün təminatçısı oldu. Prezident İlham Əliyevin Ağ Evdə yüksək səviyyədə qəbul olunması və ABŞ Prezidentinin ona "böyük lider" kimi müraciəti, ölkəmizin dünya siyasətindəki yerini və təsirini bir daha təsdiqlədi.
Bu proseslər Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin təminatında qətiyyətli mövqeyinin beynəlxalq səviyyədə tanınması ilə yanaşı, bölgədə yeni investisiya imkanlarının yaradılması və iqtisadi əlaqələrin genişlənməsi üçün də əsasdır. Cənab İlham Əliyevin uzaqgörən diplomatik strategiyası regionda sülhü, sabitliyi və iqtisadi inkişafı təmin etməkdə həlledici rol oynayır.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri