Icma.az
close
up
RU
Yeni kitab: Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən”

Yeni kitab: Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış jurnalist Əntiqə Rəşidin bu günlərdə yeni kitabı çapdan çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, "Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən" kitabı jurnalistin sayca ikinci kitabıdır . 

Xatırladaq ki, 2020 -ci il 27 sentyabrda - Vətən müharibəsi başlayarkən fəaliyyət göstərdiyi "Ədalət" qəzetindən könüllü olaraq cəbhə xəttinə getmiş , orada 44 gün , əlavə 16 gün də Qarabağ bölgəsində qalaraq fəaliyyətini davam etdirib.

Əntiqə Rəşidin cəbhə xəttində yerləşən, bombardmana məruz qalmış Ağdam, Bərdə, Tərtər, Ağcabədi rayonlarından, eyni zamanda, rayonların raket hücumlarından əziyyət çəkən kəndlərindən, bölgənin insanlarından reportajlar, müsahibələr , oçerklər, xəbərlər və digər müxtəlif səpgili məqalələrlə ictimaiyyəti məlumatlandırıb. 

"Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən" kitabında 44 günlük savaşın getdiyi bir dövrdə və savaşdan sonrakı cəbhə xəttindəki hadisələrlə bağlı məqalələr yer alıb. Ümumilikdə 335 səhifədən ibarət olan kitab yazarın 44 günlük və sonrakı günlərdəki fəaliyyətini əks etdirir.

Xüsusən, müəllifin övladı döyüşdə olan valideynlərlə, sığınacağa yerləşmiş müvəqqəti köçkünlərlə, sovqat və bağlamalarla ziyarət etdiyi hərbiçilərlə olan görüşləri və söhbətləri kitabın ən maraqlı səhifələrindəndir.

Azərbaycan Ordusunun uğurlarının xalq arasında dəstəklənməsi, elliklə sevincə səbəb olması müəllifin dili ilə daha təsirli şəkildə çatdırılması diqqət çəkir. 

"Red N Line" nəşriyyatında işıq üzü görən kitab olduqca maraqlıdır və hər bir səhifə oxucuda həyəcan yaradır. Oxucu sanki müəlliflə birgə cəbhə xəttini addım -addım gəzir, bəzən təəssüflənir, bəzən göz yaşlarına hakim ola bilmir, bəzən özünü çarəsiz durumda görür, bəzən sevinir, bəzən qürurlanır. Dil və üslubu ilə seçilən, Vətən müharibəsindən bəhs edən "Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən" kitabı oxucuların stolüstü kitabı olacağına inanırıq.

Müəllif bildirib ki, ilk kitabı olan "Ömrümün köç günlüyü" 2020-ci ilə qədər - Vətən müharibəsinə qədər yazdığı məqalə və bədii əsərlərdən ibarətdir:

"Qarabağ hər zaman mənim qarabağlı olaraq, köçkün olaraq, yazar olaraq yaralı yerim olduğu üçün məqalələrim böyük əksəriyyəti Qarabağ mövzusuna həsr olunub. "Ecoprint" mətbəəsində 500 tirajla çapdan çıxan ilk kitabım isə 326 səhifədən ibarətdir". 

Oxuyun, qiymət verin, dəyərli oxucular.  Bu kitab Zəfərlə bitən müqəddəs müharibəmizlə bağlı dolğun mənbələrdən biri ola bilər.

 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri