Icma.az
close
up
RU
Yeni mərhələdə milli maraqlar və qlobal çağırışlar

Yeni mərhələdə milli maraqlar və qlobal çağırışlar

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə təkcə ötən ilin yekunlarına nəzər salan informativ çıxış deyil, qlobal güc mərkəzləri ilə münasibətlərdə Azərbaycanın yeni siyasi çəkisini ortaya qoyan konseptual sənəd kimi dəyərləndirilməlidir. Bu müsahibədə xüsusilə Azərbaycan–ABŞ münasibətləri kontekstində səslənən fikirlər, illərlə davam etmiş ədalətsizliyin səbəbləri və onun aradan qaldırılmasının real mexanizmləri açıq, qətiyyətli və tarixi yaddaşa hesablanmış şəkildə ifadə olundu. Prezident İlham Əliyev faktiki olaraq bir həqiqəti bəyan etdi: 2025-ci il Azərbaycan–Amerika münasibətlərində dönüş nöqtəsi, bəlkə də yeni başlanğıcdır. Bu dönüşün mərkəzində isə onilliklər boyu Azərbaycan dövlətinin üzərində siyasi şantaj aləti kimi saxlanılan, mahiyyət etibarilə erməni lobbisinin sifarişi olan mənfur 907-ci düzəliş dayanırdı. Dövlət başçısının müsahibədə toxunduğu ən kəskin və prinsipial məqamlardan biri məhz bu düzəlişin mahiyyəti və tarixi idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, 907-ci düzəliş qəbul edilərkən Azərbaycan torpaqları işğal altında idi, Xocalı soyqırımı törədilmişdi, xalqımız ağır humanitar fəlakətlə üz-üzə qalmışdı. Belə bir şəraitdə guya “Ermənistana qarşı blokada” bəhanəsi ilə Azərbaycanın yardımdan məhrum edilməsi ikiqat ədalətsizlik idi. Prezident İlham Əliyevin sözləri ilə desək, bu düzəliş təkcə erməni lobbisinin təzyiqinin yox, eyni zamanda, o dövrdə Azərbaycanda hakimiyyətdə olmuş səriştəsiz və təsadüfi siyasi qüvvələrin diplomatik iflasının nəticəsi idi. Dövlət başçısı həmin illərdə Azərbaycan diplomatiyasının acınacaqlı durumunu xatırladaraq, faktiki olaraq tarixə siyasi hökm verdi: dövlət maraqlarını müdafiə edə bilməyən, beynəlxalq gündəmi oxumayan, peşəkarlıqdan uzaq hakimiyyət ölkəni ağır geosiyasi itkilərlə üz-üzə qoymuşdu.

Cənab Prezidentin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri də 907-ci düzəlişin qəbulunda fəal rol oynamış şəxslərin adının açıq şəkildə çəkilməsi oldu. Dövlətimizin başçısı bəyan etdi ki, bu prosesin əsas təşəbbüskarlarından biri sonradan ABŞ Prezidenti olmuş Co Bayden idi. Bu fakt, əslində, Obama–Bayden və Bayden–Blinken administrasiyaları dövründə Azərbaycan–ABŞ münasibətlərinin niyə böhranlı vəziyyətə salındığını izah edən əsas siyasi açardır. Bu administrasiyalar dövründə Vaşinqtonun Azərbaycanı “lazım olduğu qədər” xatırlaması, ehtiyac bitən kimi isə 907-ci düzəlişi yenidən tətbiq etməsi ABŞ xarici siyasətində praqmatizmin yox, ikili standartların hökm sürdüyünü açıq şəkildə nümayiş etdirdi. Cənab Prezidentin “sizə yenə lazım olacağıq, amma onda bizim qapımızı döyməyin” fikri, əslində, zamanla öz təsdiqini tapmış siyasi uzaqgörənlik idi. Müsahibənin ən mühüm siyasi xətti Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Amerika–Azərbaycan münasibətlərində köklü dəyişikliklərin başlanması ilə bağlı idi. Cənab Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Tramp administrasiyası ideoloji yanaşmadan uzaq, milli maraqlara əsaslanan praqmatik siyasət yürüdür. Bu praqmatizmin məntiqi nəticəsi olaraq, Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması simvolik yox, strateji məna daşıyan addım idi. Bu addımın davamı kimi strateji işçi qrupunun yaradılması, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, qarşılıqlı investisiya, nəqliyyat, enerji, hərbi-sənaye sahələrində əməkdaşlığın müzakirəsi Azərbaycanın artıq regional deyil, qlobal tərəfdaş kimi qəbul edildiyini göstərir. Cənab Prezident İlham Əliyevin müsahibəsində ABŞ–Azərbaycan münasibətlərinin ən real nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılmasının artıq mübahisə mövzusu olmadığı xüsusi vurğulandı. Dövlət başçısı qəti şəkildə bildirdi ki, bu yolun adı dəyişə bilər, amma mahiyyəti dəyişməyəcək. ABŞ Prezidentinin bu layihəni açıq şəkildə dəstəkləməsi Zəngəzur dəhlizini regional təşəbbüsdən beynəlxalq nəqliyyat arteriyasına çevirir. Bu, eyni zamanda Ermənistan üçün də tarixi seçim anıdır: ya regionda iqtisadi əməkdaşlığın iştirakçısı olmaq, ya da özünü təcridə məhkum etmək.
Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə bir daha sübut etdi ki, müasir dünyada beynəlxalq hüquq yox, güc, iradə və praqmatizm həlledici faktordur. Azərbaycan bu reallığı vaxtında dərk etdi, gücünü qurdu, suverenliyini təmin etdi və bu gün artıq onunla şərtləri diktə edən yox, hesablaşan tərəflər masaya oturur. 907-ci düzəlişin siyasi mənada tarixə qovuşması isə təkcə bir hüquqi sənədin ləğvi deyil-Azərbaycanın haqlı mövqeyinin gec də olsa beynəlxalq miqyasda qəbul edilməsidir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri