Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Yeni virus YAYILIR: COVİD dən də təhlükəlidir Azərbaycan da risk altında?

Yeni virus YAYILIR: COVİD dən də təhlükəlidir Azərbaycan da risk altında?

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərədə son günlər meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər dünya mətbuatının diqqət mərkəzinə çevrilərək ciddi rezonans doğurub. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında ilkin olaraq 34 yoluxma halı qeydə alması, daha sonra isə laborator yoxlamalarla 23 halın təsdiqlənməsi epidemik riskləri yenidən gündəmə gətirib.

Hər nə qədər yoluxma sayı kütləvi xarakter daşımasa da, meningokok infeksiyasının son dərəcə sürətli inkişafı, beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara yol açması mütəxəssislərdə ciddi narahatlıq yaradır. Simptomların qəfil başlaması — yüksək hərarət, boyun sərtliyi, şüur bulanıqlığı və dəri səpgiləri — bu xəstəliyi fərdi hallarda koronavirusdan daha təhlükəli edir. Lakin bu təhlükənin Azərbaycan üçün nə dərəcədə real olması və yenidən COVID-19 dövründəki kimil kütləvi qapanmaların yaşanıb-yaşanmayacağı sualı cəmiyyətdə maraq doğuran əsas məqamdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist Mərdan Əliyev qeyd edib ki, meningokok infeksiyası mövsümi xarakter daşısa da və vaxtaşırı lokal alovlanmalar yaratsa da, onun pandemiya potensialı koronavirusla müqayisə edilə bilməz: “Meningokok infeksiyası hava-damcı yolu ilə keçən, lakin xarici mühitə çox davamsız olan bir törədicidir. Bu xəstəliyin yayılması üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. İngiltərədəki hadisə lokal bir alovlanmadır və bu, adətən qapalı kollektivlərdə, tələbə yataqxanalarında və ya hərbi hissələrdə baş verir. Ona görə də, bu infeksiyanın koronavirus kimi sürətlə bütün dünyaya yayılması və qlobal bir pandemiya halına gəlməsi ehtimalı olduqca aşağıdır”.

O, bildirib ki, Azərbaycan üçün hazırda hər hansı ciddi təhlükə və ya kütləvi qapanma təhlükəsi gözlənilmir:

“Bizdə bu infeksiyaya qarşı epidemioloji nəzarət mexanizmləri mövcuddur. Koronavirusda olduğu kimi şəhərlərin bağlanması, küçəyə çıxma qadağalarının tətbiqi meningokok infeksiyası üçün xarakterik deyil. Çünki bu xəstəlik kütləvi yoluxuculuq qabiliyyətinə görə respirator viruslardan geri qalır. Azərbaycan vətəndaşları üçün əsas tövsiyə odur ki, xaricdən gələn şəxslərlə yaxın təmasda ehtiyatlı olsunlar və xüsusilə uşaqlarda qəfil başlayan yüksək hərarət və səpgi müşahidə edildikdə dərhal həkimə müraciət etsinlər. Profilaktik tədbir kimi isə risk qruplarına vaksinasiya tövsiyə olunur, lakin ümumi ölkə səviyyəsində bir həyəcan təbili çalmağa əsas yoxdur”.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://dogru.az
archiveBu xəbər 26 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri