Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti mövzusunda Dəyirmi Masa keçirilib FOTOLAR
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
3 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda Dəyirmi Masa həyata keçirilib.
SİA xəbər verir ki, müxtəlif dövlət və özəl tibb müəssisələrinin yüksəkixtisaslı otorinolarinqoloq və pediatr ixtisasına malik həkim və rezidentlərinin iştirak etdiyi Dəyirmi Masada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi, Baş həkimi Bəxtiyar Musayev və Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının sədri, t.ü.f.d. Fidan İsrafil-Bəyli salamlama nitqi ilə çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək beynəlxalq əməkdaşlıqla həyata keçirilən mütəxəssislərarası müzakirələrin tibb işçilərinin peşəkar inkişafında olduqca mühüm əhəmiyyətə malik olduğunu qeyd edib və Tibbi Xidmət İdarəsi tərəfindən bu istiqamətdə həyata keçirilən davamlı tibbi təhsil tədbirləri və gələcək hədəflər haqqında iştirakçılara məlumat verib.
Rəsmi açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev də çıxış edərək, tədbirin mövzusunun aktuallığını vurğulayıb, sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin əhəmiyyətindən danışıb. O, eyni zamanda, tərəflər arasında imzalanmış memorandumun gələcək əməkdaşlıqlar və birgə fəaliyyətlər üçün mühüm baza yaratdığını qeyd edib.
Zoom platforması üzərindən onlayn formatda tədbirə qoşularaq çıxış edən Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının sədri, t.ü.f.d. Fidan İsrafil-Bəyli də Mərkəzi Gömrük Hospitalı ilə Assosiasiya arasında imzalanmış memorandumun əhəmiyyətindən bəhs edib, bu sənədin beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından yeni imkanlar yaratdığını diqqətə çatdırıb. O, sözügedən tədbirin memorandum çərçivəsində keçirilən ilk tədbir olduğunu xüsusi vurğulayaraq, iştirakçıları müzakirələrdə aktiv olmağa dəvət edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova və otorinolorinqoloqu Elvin Əzizovun moderatorluğu ilə davam edən Dəyirmi Masada East & North Hertfordshire Teaching NHS Trust-a bağlı Lister Hospitalın otorinolorinqoloqu Natavan Ramazanzadə tərəfindən “Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti” mövzusunda geniş məruzə təqdim edilib. Məruzə zamanı yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsinin müxtəlif patologiyaların erkən aşkarlanması və uşaqların sağlam inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Bildirilib ki, həyatın ilk günlərində aparılan eşitmə skrininqi mümkün pozuntuların vaxtında aşkarlanmasına və erkən tibbi müdaxilə ilə nitq və ünsiyyət bacarıqlarının normal formalaşmasına şərait yaradır və bu istiqamətdə sistemli müayinələrin tətbiqi gələcəkdə sosial və inkişaf problemlərinin qarşısının alınmasında vacib rol oynayır.
Mövzu üzrə aktual yanaşmalar və real təcrübədə rast gəlinən klinik halların müzakirə edildiyi Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















