Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Yenilər köhnələri sıradan çıxarır: Evimizdə texnoloji MÜBARİZƏ

Yenilər köhnələri sıradan çıxarır: Evimizdə texnoloji MÜBARİZƏ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir tərəfdə smartfonlar və internetdən əl çəkə bilməyən şəhər sakinləri, digər tərəfdə isə köhnə tipli televizorlardan istifadə edən kənd əhalisi...

Zaman keçdikcə zövqlər və tələbat dəyişir, əl işlərindən istifadə azalır. Artıq evlərə bəzi əşyalar həm fiziki, həm də mənəvi cəhətdən köhnəlir, yerini daha müasir aparatlara verir. Azərbaycanda əhalinin məişət cihazları ilə təminatında vəziyyət necədir?

Modern.az Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının əşyalarla təminatı üzrə göstəricilərinə əsasən evlərdə nələrin olub-olmamasını araşdırıb.

Televizor və peyk antenaları:


Müasir dövrdə evi televizorsuz təsəvvür etmək çətindir. Amma nəzərə alın ki, Azərbaycanda ailələrin 0,1 faizinin evində televizor yoxdur. Maraqlısı odur ki, kənd yerlərində televizorsuz ev yoxdur və göstərici 100 faizdir. Televizorsuz ailələrin hamısı şəhərlərdə yaşayır. Kənd yerlərində televizorların üstün mövqedə olması kənd əhalisinin informasiya və əyləncə ehtiyaclarını ənənəvi üsullarla təmin etdiyini, şəhərdən fərqli olaraq daha çox klassik media ilə əlaqəli olduğunu göstərir.

Peyk antenaları:


Peyk antenalarının mövcudluğu da ailələrin informasiya əldə etmə üsullarına təsir edir. Ölkə üzrə ailələrin 19,8 faizi peyk antenasından istifadə etmir, amma bu nisbət şəhərlərdə 31,6 faizə yüksəlir. Şəhər yerlərində ailələr daha çox internet və rəqəmsal xidmətlərə, xüsusən də onlayn yayımlara və platformalara üstünlük verir. Kəndlərdə isə yalnız 4,9 faiz ailənin peyk antenası yoxdur. Bu da kənd əhalisinin ənənəvi televiziya xidmətlərindən daha çox istifadə etdiyini göstərir.

Kompüter və internetə çıxış imkanı:


Kompüterlərin mövcudluğu ailələrin təhsil və iş ehtiyacları ilə sıx bağlıdır. Ümumilikdə 10,3 faiz ailənin kompüterə malik olmadığı qeyd olunur. Şəhər yerlərində bu göstərici 12,3 faiz, kəndlərdə 7,8 faizdir. Şəhərlərdə iş və sosial fəaliyyətlər əsasən rəqəmsal mühitdə baş verir. Kənd yerlərində isə kompüterlər daha az istifadə olunur, çünki burada həyat tərzi daha çox əkinçilik və fiziki əmək üzərində qurulub, kompüterə olan ehtiyac daha azdır.

İnternetə çıxış imkanları da böyük əhəmiyyət kəsb edir. Ümumilikdə ev təsərrüfatlarının 16,8 faizinin internetə çıxışı yoxdur. Şəhər yerlərində bu göstərici 8,9 faiz, kəndlərdə isə 26,8 faizə yüksəlir. Bu da kənd yerlərində infrastrukturun yetərli səviyyədə olmaması ilə bağlıdır.

Mobil telefonlar:


Mobil telefonlar hər birimiz üçün vacib əlaqə vasitəsidir. İndi kiminsə telefonsuz olduğunu təsəvvür etmək mümkün deyil. Amma ailələrin 0,9 faizində mobil telefon yoxdur, bu da mobil telefonların cəmiyyətin hər təbəqəsi üçün əsas bir əlaqə vasitəsi olduğunu göstərir. Şəhər yerlərində bu göstərici 0,6 faiz, kənd yerlərində isə 1,3 faizdir.

Musiqi mərkəzləri və videomaqnitofonlar:


Bəzi ev əşyaları və cihazlar artıq əhəmiyyətini itirməkdədir. 1980-1990-cı illərdə var-dövlət göstəricisi hesab olunan videomaqnitofonların dövrü arxada qalıb. Ailələrin 89,9 faizinin videomaqnitofonu, 96,2 faizinin musiqi mərkəzi yoxdur. Bu ailələrin əyləncə və istirahət tələbatlarının daha çox müasir texnologiyalardan – məsələn, mobil telefonlardan və internetdən – qarşılandığını göstərir.

Soyuducu, paltaryuyan maşın və mikrodalğalı sobalar:


Ev əşyalarının mövcudluğu ailələrin gündəlik həyatını rahatlaşdıran mühüm faktorlardır. İndi Azərbaycan ailələrinin cəmi 0,2 faizinin soyuducusu yoxdur. 9,3 faiz ailə isə paltarları maşında yumur. Şəhər yerlərində evlərin 5,5 faizində, kənd yerlərində isə 14,2 faizində paltaryuyan maşın yoxdur. Mikrodalğalı sobaların mövcud olmaması isə kənd yerlərində xüsusilə yüksəkdir – 81,7 faiz. Bu, kənd ailələrinin yemək hazırlıqda daha çox ənənəvi üsullara üstünlük verdiyini və mikrodalğalı soba kimi müasir texnologiyaların hələ də geniş yayılmadığını göstərir.

Kondisionerlər:


Kondisionerlərin mövcud olmaması da şəhər və kənd yerləri arasında fərqliliklər göstərir. Ümumilikdə ailələrin yarısının kondisioneri yoxdur. Şəhərlərdə bu göstərici 36,5 faiz, kəndlərdə isə 67,7 faizdir. Şəhər ailələri daha çox istilik və sərinləmə texnologiyalarından istifadə edir, çünki burada hava şəraiti və həyat tərzi səbəbindən əhali kondisionerlərə daha çox ehtiyac duyur.

Tozsoranlar:


İndi ölkə əhalisinin 6,2 faizi evi ənənəvi üsulla süpürür. Şəhərlərdə bu göstərici 4,6 faiz, kəndlərdə 8,1 faiz təşkil edir.

Qabyuyan və tikiş maşınları:


Əl əməyini azaldan qabyuyan maşınlarla təminat hələlik aşağıdır. Evlərin 97 faizində bu cihaz yoxdur. Amma zaman keçdikcə bu cihazlar daha geniş yayılacaq. İndi hər 100 evin 20-də tikiş maşını var. İstifadə edilir, ya edilmir, bu ayrı məsələdir.

Minik avtomobili və velosiped:


Azərbaycanda orta hesabla hər 100 ailənin 47-nin maşını var. Şəhər ailələrinin 56,3 faizinin, kənd ailələrinin isə 50,3 faizinin avtomobili yoxdur. Velosiped sağlam həyat tərzidir və son illər ondan istifadə trendə çevrilib. Amma hələ də yetərli deyil. Azərbaycanda ev təsərrüfatlarının cəmi 5 faizi velosipeddən istifadə edir.

Ev təsərrüfatlarının əşyalarla təmin olunmama göstəricisi

Əşya

Ölkə üzrə cəmi (%)

Şəhər yerləri üzrə (%)

Kənd yerləri üzrə (%)

Televizor

0.1

0.1

0.0

Peyk antenası

19.8

31.6

4.9

Kompüter

10.3

12.3

7.8

İnternetə giriş qurğusu

16.8

8.9

26.8

Mobil telefon

0.9

0.6

1.3

Musiqi mərkəzi

96.2

95.7

96.9

Videomaqnitofon, videopleyer

89.9

90.5

89.1

CD-DVD pleyer

75.7

76.7

74.4

Videokamera

98.3

98.1

98.6

Kondisioner

50.3

36.5

67.7

Soyuducu, dondurucu

0.2

0.3

0.1

Paltaryuyan maşın

9.3

5.5

14.2

Mikrodalğalı soba

83.1

84.2

81.7

Qabyuyan maşın

96.9

96.4

97.6

Mətbəx kombaynı

76.3

77.7

74.5

Tozsoran

6.2

4.6

8.1

Tikiş və ya toxuyucu maşın

79.7

79.6

80.0

Minik avtomobili

53.6

56.3

50.3

Motosiklet

99.5

99.8

99.2

Uşaqlar üçün velosiped

84.6

86.9

81.7

Böyüklər üçün velosiped

95.0

95.9

93.9

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri