Icma.az
close
up
RU
“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran Pri”nin açılışı olub I FOTO

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran Pri”nin açılışı olub I FOTO

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Tədbirin açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının ölkəmiz üçün qış idman növlərinin inkişafında yeni mərhələ olduğunu bildirib. Nazir Prezident İlham Əliyevin idman sahəsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, dövlət tərəfindən ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını, o cümlədən bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın idman ölkəsi kimi dünyada önəmli yer tutduğunu vurğulayıb. Fərid Qayıbov qran-pri yarışının Azərbaycanda keçirilməsinin təkcə fiqurlu konkisürmə üzrə deyil, ümumilikdə qış idman növlərinin inkişafı baxımından yeni imkanlar açdığını qeyd edib və idmançılara uğurlar arzulayıb.
“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının Azərbaycan kimi dinamik inkişaf edən ölkədə keçirilməsindən məmnunluğunu bildirən Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanın müasir idman infrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstək sayəsində beynəlxalq idman ailəsinin etibarlı tərəfdaşına çevrildiyini deyib. O, qran-prinin regionda fiqurlu konkisürmənin tanıdılmasına, müxtəlif ölkələr arasında idman əlaqələrinin möhkəmlənməsinə və gələcəkdə daha böyük beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən qran-pri 3 gün davam edəcək. “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edəcək. Qran-prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər.
Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışlarını təqdim edəcəklər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri