Yeniyetməyə qeyri etik hərəkətlər edən gizirə AĞIR CƏZA KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanda “TikTok”da tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi iki ay əvvəl verilmiş həmin hökmü dəyişib.
Məhkəmə zərərçəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndiriblər.
Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb.
Qeyd edək ki, S.Pənahova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















