Yer ətrafında altı kiçik Ay fırlanır Alimlərdən maraqlı kəşf
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Yeni araşdırmaya görə, Yer ətrafında təkcə bir Ay yox, ən azı altı "kiçik Ay" dövrə vurur. Bunlar əsasən Yerin təbii peykinə çırpılan meteoritlərdən qopan parçalardır.
Oxu.Az bu barədə "Space" nəşrinə istinadla xəbər verir.
Bildirilir ki, bu "qırıntılar" çox vaxt Günəş ətrafında fırlansa da, bəzən Yerin cazibə qüvvəsi onları cəlb edir və bir müddət planetimizin ətrafında fırlanırlar. Alimlərin hesablamalarına görə, belə obyektlərin orta "ömrü" 9 aydır. Ölçüləri isə çox kiçikdir - əksəriyyəti 2 metrdən də az.
Maraqlısı odur ki, əvvəllər bu obyektlərin asteroid qurşağından gəldiyi düşünülürdü. Lakin yeni sübutlar göstərir ki, bir çoxu birbaşa Ayın özündən ayrılıb. Məsələn, 2016-cı ildə tapılmış "Kamоaleva" adlı obyektin də Aymənşəli olduğu məlum olub.
Bu "kiçik peyklər" həm elmi tədqiqatlar, həm də kommersiya məqsədləri üçün dəyərlidir. Alimlər hesab edirlər ki, onlarda faydalı elementlər və minerallar tapıla bilər və onlara çatmaq, asteroidlərə getməkdən daha asandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 İyul 2025 04:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















