Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Yerli ekspertiza yeni yatırıma təminat yaradır

Yerli ekspertiza yeni yatırıma təminat yaradır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində tpe şirkətinin təşkilatçılığı ilə “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” mövzusunda panel müzakirəsi keçirilib.

Müzakirədə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub nümayəndələri iştirak ediblər. Panel iştirakçıları xarici investisiyaların ayrı-ayrı layihələrin maliyyələşdirilməsi alətindən yerli səriştələrin formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılması mexanizminə çevrilməsini müzakirə ediblər.

Qeyd olunub ki, burada təkcə investisiya həcmi deyil, onun uzunmüddətli dəyər yaratmaq qabiliyyəti – texnologiyaların ötürülməsi, mühəndislik səriştələrinin inkişafı, yerli təchizat zəncirlərinin formalaşdırılması, beynəlxalq standartların tətbiqi və ixrac potensialının artırılması əsas əhəmiyyət daşıyır.

30 illik sənaye obyektlərinin layihələndirilməsi və tikintisi təcrübəsinə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov bildirib ki, güclü iqtisadiyyat hər bir növbəti layihənin əvvəlki təcrübəyə söykəndiyi yerdə başlayır: “Vacib olan odur ki, yeni bilik şəxsi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisin üzərində cəmlənməsi riski var.”.

SOCAR nümayəndəsi Hikmət Abdullayev isə bildirib ki, beynəlxalq tərəfdaşlıq texnologiyaların və ekspertizanının ölkə daxilində qorunub saxlanılmasına xidmət etməlidir. Hazırda şirkət metan emissiyalarının ölçülməsi və azaldılması, eləcə də Xəzər regionunun ekoloji reabilitasiyası sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir. Şirkətin əsas prinsipi beynəlxalq tərəfdaşları metodologiyaların, texnologiyaların və ekspertizanının azərbaycanlı mütəxəssislərə ötürülməsi məqsədilə cəlb etməkdir.

Müzakirədə vurğulanıb ki, Azərbaycan investisiya gündəliyini dəyişir: əsas diqqət artıq təkcə birbaşa xarici investisiyaların cəlbinə deyil, kapitalın, texnologiyaların və yerli ekspertizanının birləşdiyi regional inkişaf ekosisteminin formalaşdırılmasına yönəlir.

Caspian Business Hub-ın rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib. Onun sözlərinə görə, məhz burada CBH-ın iqtisadi funksiyası – hər bir tərəfin məntiqini anlayan və investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi rolu üzə çıxır: “Qlobal məqsədimiz rezident şirkətlərin sayını artırmaq deyil, əməkdaşlıq infrastrukturunu formalaşdırmaqdır. Koordinasiya xərclərini elə səviyyəyə endirmək istəyirik ki, şirkətlər üçün mürəkkəb transsərhəd layihələri birlikdə həyata keçirmək tək işləməkdən daha sərfəli olsun. Beləliklə, Caspian Business Hub, sadəcə, biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək”.

Panel müzakirəsi göstərib ki, investisiya gündəliyi artıq “nə qədər kapital cəlb olunub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına doğru dəyişir.

Yerli biliklər, mühəndislik səriştələri, texnoloji təcrübə və mürəkkəb layihələr ətrafında tərəfləri birləşdirmək bacarığı maliyyə kapitalı qədər mühüm resursa çevrilir. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli səriştələrə çevirmək qabiliyyəti sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən biri ola bilər.

N.ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri