İran ABŞ silahlarını tədqiq edir, yerli analoqunu yaradır
Modern.az saytına istinadən Icma.az xəbər verir.
İran ABŞ və İsrailə məxsus müasir silah sistemlərini “tərs mühəndislik” yolu ilə öyrənməyə çalışır.
Modern.az Al Jazeera-ya istinadən xəbər verir ki, Tehran müxtəlif yollarla əldə etdiyi hərbi texnologiyaların konstruksiyasını analiz edərək onların analoqlarını yaratmağa çalışır. Məlumata görə, İran xüsusilə “Tomahawk” qanadlı raketləri, “Reaper” pilotsuz uçuş aparatları, JASSM tipli raketlər və GBU-57 bunker əleyhinə bombalar kimi yüksək dəqiqlikli silah sistemlərinə xüsusi maraq göstərir.
Mütəxəssislərin fikrincə, ciddi narahatlıq doğuran məqam İranın bu istiqamətdə tək fəaliyyət göstərməməsidir. Belə ki, Rusiya və Çinin potensial texniki dəstəyi Tehranın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Qeyd olunur ki, mümkün əməkdaşlıq çərçivəsində idarəetmə sistemləri, elektron əks-tədbirlər və radardan yayınma texnologiyaları kimi kritik sahələrdə mühüm məlumatların əldə olunması riski artır. Bu isə regionda hərbi balansın dəyişməsinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:278
Bu xəbər 28 Aprel 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















