Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir: Böyük plan işə düşüb

Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir: Böyük plan işə düşüb

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir. Yeni təyinatların İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir. Sual budur ki, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp hökuməti Səddamı devirən C.Buş hökuməti kimi Yaxın Şərqə yeni bir “səlib yürüşü” təşkil edəcəkmi?”

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın formalaşdıracağı hökumətin əsas üzvlərinin profili diqqət çəkir:

“Çinə və İrana qarşı radikal mövqe sərgiləyənlər, eyni zamanda İsrail tərəfdarları üstünlük təşkil edir. Həmçinin sionizmin əsas teoloji dəstəkçisi olan və ABŞ-da böyük gücə malik yevangelist təriqətinin də Tramp hökumətində təmsil olunacağı müəyyən mənzərə formalaşdırır və daha çox bu mənzərəyə diqqət yetirilir. Amma hökumət üzvlərinin kim olmasının ABŞ-ın xarici siyasətini müəyyənləşdirəcəyini düşünmürəm. Çünki bunun konkret səbəbləri var”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp hakimiyyəti dönəmində Vaşinqton fərqli siyasət yürüdəcək:

“ABŞ 30 il öncə olduğu kimi fövqəlgüc deyil. ABŞ-ı güclü edən əsas amil dollardır və onun hesabına formalaşan donanması və dünyanın əksər ölkələrindəki hərbi bazalarıdır. Bu gün dollar çöküş prosesinə qədəm qoyub. Artıq dollara alternativ valyutaların əsası qoyulur.

Dolların sürətlə dəyər itirməsi ABŞ daxilində iqtisadi problemlərə yol açır və bu, getdikcə dərinləşir. İqtisadi problemlər səbəbi ilə ABŞ-ın dünyanın müxtəlif ölkələrində hərbi bazalar saxlaması və müxtəlif bölgələrdə müharibələr aparması mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın hansı siyasi kursu yürüdəcəyi ilə bağlı fikir söyləmək üçün Trampın seçkidən öncə açıqlamalarına və qələbədən sonra etdiyi çıxışa nəzərə salmaq lazımdır, çünki burada çox incə və diqqətçəkən məqamlar var:

“Tramp seçkidən öncə bildirmişdi ki, “mən prezident olsam “dərin dövləti” yox edəcəyəm”, qələbədən sonra isə “əngəllərə baxmayaraq qalib gəldik”-deyə vurğuladı. “Dərin dövlət” FED və onun arxasında olan qlobalçıların sahibi olduğu banklardır ki, bu güc Trampı müxtəlif məhkəmə prosesləri, şantaj və sui-qəsdlə əngəlləməyə çalışırdı. Bu onu deməyə əsas verir ki, Tramp öncə ABŞ daxilində düşmənlərinə qarşı mübarizəyə başlayacaq, halbuki təkcə Trampın deyil, ümumiyyətlə, bəşəriyyətin düşmənləridir. Yəni Trampı ABŞ daxilində hələ bundan sonra ciddi problemlər gözləyir”.

Siyasi ekspert deyib ki, Trampın qələbədən sonrakı çıxışında komanda üzvlərindən birinə “onun çox gözəl ailəsi var”,- deməsi də sıradan bir ifadə deyil:

“Tramp bununla qlobalizmi sıradan çıxarmağa çalışdığı dəyərlər sisteminin qorunacağına vurğu edir. Yəni qlobalizmi rədd edir və dəyərlər sisteminin prioritet olacağını önə çəkir.

Digər diqqətçəkən ifadə isə ABŞ-ın özünün də neft istehsalını kəskin artıracağı ilə bağlıdır. Yəni ABŞ neftin ucuzlaşmasına çalışacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail-İran müharibəsi coğrafi şərtlər baxımından mümkün deyil:

“Bu müharibəni yalnız ABŞ başlada bilər. Amma ABŞ-İran müharibəsi başlayarsa, Tramp seçki öncəsi verilmiş vədlərin əksinə hərəkət edəcək ki, bu da növbəti dönəm üçün respublikaçıların hakimiyyətdə qalmasını çətinləşdirə bilər. Halbuki Tramp dönəmi sadəcə uzaq perspektiv üçün aparılacaq siyasətin başlanğıcıdır. Yəni növbəti seçkidə respublikaçıların hakimiyyətdə qalması yürüdüləcək siyasi fəaliyyət üçün başlıca şərtdir. Bunun üçün isə seçkiöncəsi verilən vədlərə əməl etmək və ölkə daxilində iqtisadi problemləri həll etmək lazımdır. Müharibələr isə bunun üçün başlıca əngəldir.

Digər tərəfdən, əgər ABŞ İranı vurarsa neft kəskin bahalaşa bilər ki, bu Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Neftin bahalaşması iqtisadi baxımdan ABŞ üçün arzuolunmaz olmaqla yanaşı, eyni zamanda Rusiyanın güclənməsinə şərait yaradacaq. Bu da xüsusilə Ukrayna savaşı kontekstində ABŞ-ın Rusiyaya təzyiqini təsirsiz edə bilər. Çünki Tramp Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışır ki, uzlaşma üçün Rusiya güclənməməlidir. Bu təkcə Ukrayna amili ilə bağlı deyil. Yəni Tramp Ukraynaya dəstəyini maksimum azaldacaq, eyni zamanda Rusiya ilə kəskin münasibətləri yumşaltmağa çalışacaq”.

Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Bayden administrasiyasının Ukrayna üzərindən Rusiya ilə qarşıdurmaya getməsi ABŞ-ın əleyhinə işlədi:

“Nəticədə Rusiya-Çin, Rusiya-Şimali Koreya, Rusiya-İran arasındakı münasibətlər daha da inkişaf etdi. Dolayısı ilə Rusiya-Çin-Şimali Koreya-İran ittifaqı formalaşdı. Tramp isə Çinlə ticari savaşın davam etdirilməsinin, bunun üçün isə Rusiya ilə münasibətlərin kəskinləşdirilməməsinin tərəfdarı idi. Gəlinən nəticə Trampın haqlı olduğunu göstərir. Ona görə də Trampın formalaşdıracağı hökumət üzvlərinin kim olması Birləşmiş Ştatların xarici siyasətində həlledici amil ola bilməz. Qənaətimcə, Vaşinqton Çinə qarşı ticari savaşları davam etdrəcək, eyni zamanda İranın iqtisadi cəhətdən çökdürülməsinə yönəlik fəaliyyətini gücləndirəcək. Bir sıra bölgələrdə ordusunu çıxarması da mümkündür. Doğrudur Trampa qarşı dirəniş güclü olacaq. Çünki ilk prezidentliyi dönəmində Suriyadan ordunun çəkilməsi qərarını verən Trampa bunun həyata keçirildiyi ilə bağlı yalan məlumat verilmişdi. Tramp bundan prezident postundan gedəndən sonra xəbər tutmuşdu. Bu rıçarqlar yenə də Trampa problemlər yaratmağa çalışacaqlar. Amma düşünürəm ki, Tramp bu dönəm istəklərini böyük ölçüdə reallaşdıra biləcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri