Yırtıcıların tələf etdiyi kənd təsərrüfatı heyvanlarına görə sığorta ödənişi almaq mümkündürmü? AÇIQLAMA
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Son dövrlərdə kənd yerlərində kənd təsərrüfatı heyvanlarının yırtıcılar tərəfindən tələf olunması halları artıb. Fermerlərin bu cür bədbəxt hadisələrdən sığortalanma imkanları varmı?
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, dövlət dəstəyi mexanizmi çərçivəsində digər risklərlə yanaşı kənd təsərrüfatı heyvanlarını da yırtıcıların hücumundan qorumaq mümkündür.
Bundan başqa, kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər və həşərat sancmalarından sığortalanır.
“Kənd təsərrüfatı heyvanları yırtıcılar tərəfindən tələf edilirsə və məcburi kəsimə gedirsə Aqrar Sığorta Fondu dəyən ziyanın qarşılığını ödəyir. Bu sığortanın qarşılığı cüzidir. Çünki dövlət dəstəyi ilə təyin olunur. Fermerə dəyən ziyanın yarısını dövlət ödəyir. Məsələn, fermerə aid bir qoyunun qiyməti 300 manatdır onun illik sığorta xərci 7 manatdır. Əgər qoyun yırtıcı heyvanın hücumu nəticəsində tələf olursa, dövlət onun 10 faizini çıxmaqla 270 manat ödəyir. 1000 manatlıq inəyin sığorta xərci cəmi 24 manata başa gəlir. Əgər inək tələf olursa onun 900 manat ödənir”, - deyə fondun nümayəndəsi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















