Yol polisi dumanlı hava ilə əlaqədar xəbərdarlıq edib
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
AYNA.AZ xəbər verir ki, idarənin müraciətində deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Mart 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















