Yol Polisi sürücülərə müraciət etdi
Icma.az, Azvision portalına istinadən məlumat verir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.
“Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun”, - deyə müraciətdə diqqətə çatdırılıb.
BDYPİ bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.
“Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun”, - deyə müraciətdə diqqətə çatdırılıb.
BDYPİ bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırıb.
Baxış sayı:43
Bu xəbər 21 Avqust 2026 04:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















