Icma.az
close
up
RU
Yorğan döşəyi günə sərmək: Həkimlər bunu demir Təsirinə inanmayacaqsınız

Yorğan döşəyi günə sərmək: Həkimlər bunu demir Təsirinə inanmayacaqsınız

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əvvəllər kəndlərdə və şəhərlərin köhnə məhəllələrində demək olar ki, hər evdə eyni mənzərə görünərdi: yay girər-girməz yastıqlar, yorğan-döşəklər günə sərilər, bir neçə saat sonra qoxusu dəyişmiş, “gün iyi” hopmuş, təmiz  yorğanlarla evlər təkrar canlanardı. 

Yenisabah.az xəbər verir ki, bu vərdiş təkcə təmizlik məqsədi daşımırdı. Əslində, yorğanı günə sərmək qədim sağlamlıq rituallarından biri sayılırdı və bu gün müasir elmin də təsdiqlədiyi bir çox faydası var.

Günəş şüaları ultrabənövşəyi (UV) dalğalar sayəsində mikrobların və bakteriyaların çoxunu öldürmə qabiliyyətinə malikdir. Yorğan və yastıqlar daim bədənimizlə təmasda olur, tər, dəri pulları, tüklər və toz burda toplanır. Bu da toz gənələrinin artması üçün ideal mühit yaradır. Günəş altında 1-2 saat sərilən yorğanlar bu mikroorqanizmlərin sayını kəskin azaldır. pizza mizza

Üstəlik, günəşin verdiyi istilik sayəsində yorğandakı rütubət buxarlanır, bu da küf və pis qoxuların qarşısını alır. Yorğan quru və yüngül olur, yuxu zamanı nəfəs almağı asanlaşdırır.

Qədim türkəçarə ənənələrində yorğanı günə sərmək sadəcə gigiyenik tədbir yox, həm də neqativ enerjidən təmizləmə üsulu hesab olunurdu. Xüsusilə, göz dəymiş uşaqların yataq dəstləri və döşəkləri günə sərilər, “günəş pis enerjini yandıracaq” deyilərdi. Bəzi bölgələrdə yorğan sərilən zaman yanında duz qoymaq və ya üzərinə xırda Quran ayəsi yerləşdirmək də bu ritualla birgə görülən işlərdən idi.

Yorğanı günə sərmək vərdişi xüsusilə allergiyası olan insanlar, astmatiklər, uşaqlar və yaşlılar üçün çox faydalıdır. Onların immun sistemi daha həssasdır və toz gənələrinə qarşı daha reaktivdir. Həmçinin ev heyvanı olan ailələrdə də yorğan və yataq dəstlərini günə sərmək tövsiyə olunur.

İlin isti aylarında ayda 1-2 dəfə bu prosesi təkrarlamaq kifayətdir.

Nənələrimizin “yorğanı günə vermək bədəni də, ruhu da yüngülləşdirər” deməsi əbəs deyilmiş. Bu sadə vərdiş həm sağlamlıq, həm də enerji baxımından evdəki ümumi atmosferə müsbət təsir edir. Elmin də təsdiqlədiyi bu adəti unutmamaq, hətta gələcək nəsillərə ötürmək lazımdır.

Rəvan Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri