Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Yorğan döşəyi yanmış yük, ağacdan asılmış boş beşik... Soyqırımın ən məsum qurbanı

Yorğan döşəyi yanmış yük, ağacdan asılmış boş beşik... Soyqırımın ən məsum qurbanı

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün görkəmli yazıçı Fərman Kərimzadənin doğum günüdür.

Kulis.az Gülbəniz Babayevanın müəllifin 1960-cı ildə qələmə aldığı, 1963-1964-cü illərdə isə Beyləqan rayonunun "Yüksəliş" qəzetində hissə-hissə çap etdirdiyi "Qızıl külçəsi" povensti haqqında yazısını təqdim edir.

Əsər Azərbaycanın ilk realist rəssamı, boyakar və qrafik Bəhruz Kəngərlinin (1892-1922) xatirəsinə ithaf olunub. O, uşaq yaşlarında ikən səhhətində yaranan problemlə əlaqədar olaraq təhsilini yarımçıq qoymağa məcbur olmuş və rəssamlıq yolunu seçmişdir. B.Kəngərlinin yaradıcılığında 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri əks etdirən, öz torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş qaçqınların portretlərinin təsvirindən ibarət silsilə əsərlər mühüm yer tutur. "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Ayaqyalın qaçan oğlan" və s. Bu silsiləyə daxil olan portretlər həm sənətkarlıq baxımından, həm də tarixi sənəd kimi əhəmiyyətlidir.

F.Kərimzadə Bəhruz Kəngərli ilə bağlı arxiv materiallarını, tarixi sənədləri diqqətlə araşdırmış, rəssamın maraqlı və yaddaqalan obrazını yaratmışdır. Rəssam çəkdiyi portretlərin daxili-psixoloji aləmini ustalıqla açıb göstərmişdir. O, qaçqın uşaqların simasındakı vətən həsrətini, gözlərindəki qəm-qüssəni sənətkarlıqla əks etdirmişdir.

Povestdə erməni daşnaklarının keçən əsrin əvvəllərində Naxçıvanda törətdikləri vəhşiliklərdən, ədalətsizliklərdən və yerli əhalinin səngərlərdə gecə-gündüz torpaqlarını müdafiə etmək üçün göstərdikləri mərdlik, qəhrəmanlıq və rəşadətdən söhbət açılır. Öz ev-eşiklərindən uzaq düşüb səngərlərdə qalmağa məcbur olan günahsız insanlar bu müharibənin qurtaracağı, isti ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Əsərdə Bəhruz, İsmayıl, Məşədi Muxtar, Qənbər, Cümsün, Küsgün və başqa yaddaqalan obrazlar vardır. Yazıçı povestdə iki şəxsin fəaliyyətini daha qabarıq şəkildə nəzərə çarpdırır. Bunlardan biri Bəhruz, digəri isə İsmayıldır. Əgər Bəhruz yaratdığı tablolarda xalqın başına gətirilən müsibətləri, xarabazara çevrilmiş vətənin ürəkparçalayan lövhələrini əks etdirməklə həmvətənlərinin dərdlərini göstərməyə, onlarla həmfikir olmağa çalışırsa, İsmayılda xalqı müharibəyə səfərbər etməkdə, döyüş səngərlərində daşnaklarla mübarizə aparan yerli əhalinin hərbi sursatla və ərzaqla təmin olunmasında əsl vətənpərvərlik göstərir.

Səngərlərdə bütün çətinliklərə sinə gərən əsgərlər gün ərzində bir ovuc arpa qovurması yesələr də, düşmənə qarşı mərdliklə vuruşurlar. Onlar Naxçıvanı alınmaz bir qalaya çevirir, hər gün Vedidən, Şərildən, Dərələyəzdən gələn qaçqınları orada yerləşdirirlər.

Povestdə istedadlı rəssam kimi şöhrət qazanmış Bəhruzun kamil obrazı yaradılmışdır. O, xəstə olduğu üçün səngərlərdə vuruşa bilmir. Onun səhhəti elə vəziyyətdədir ki, yaşamağa da ümidi yoxdur. Buna görə də anası cavan oğlunun uğursuz taleyini düşünərək göz yaşı tökür. Bəhruz ağrılar içərisində əzab çəkib çətin, üzüntülü anlar yaşasa da, yalnız vətəni, xalqı, doğma el-obasının erməni daşnaklarından necə təmizlənəcəyi haqqında düşünür. Məşədi Muxtar kimi namərdlər özləri üçün yaşayıb cəbhəyə heç bir köməklik göstərməyəndə Bəhruz öz nişan üzüyünü, anası isə gümüş kəmərini cəbhəyə göndərir.

Əsərdə Bəhruzun humanistliyini, insanpərvərliyini göstərən cəhətlərdən biri də erməni əsirliyindən xilas edilmiş Cümsünə münasibətdə daha dolğun əks olunmuşdur. Belə ki, Bəhruzun ailəsi maddi ehtiyac içərisində yaşasa da o, bu yetim, kimsəsiz qızı evlərinə aparır və öz anası, bacısı kimi onun qayğısına qalır. Bəhruz əsirlikdə ikən saçına həftələrlə daraq dəyməmiş bu bədbəxt qızın portretini çəkmək haqqında düşünür: "Onun portreti Bəhruzun ən gözəl əsəri olacaqdır. Bu portretdə o, öz zəmanəsini, dövrünü, insanların əzab-əziyyətini təsvir edəcəkdir".

Ailələrini dolandırmaq üçün Bəhruz öz varlığı qədər sevdiyi şəkilləri satmaq məcburiyyətində qalır. Bu məqsədlə də üzərinə "Naxçıvan yadigarı" yazılmış albomu şair dostu Küsgünə verir. O isə çox qiymətli albomu cəmi bir manata Məşədi Muxtarın oğluna satıb, pulu Bəhruza verir. Sənətinə verilən bu ucuz qiymətdən Bəhruz çox sarsılır. Lakin çox çəkmir ki, bir manatı dasanki ona çox görürlər. Məşədi Muxtar oğlunun ondan xəbərsiz aldığı albomu gətirib təhqiramiz şəkildə pulunun geri qaytarılmasını tələb edir. Bəhruz çıxılmaz vəziyyətdə qalır. Artıq həmin pul evə xərclənmişdir. Cümsün belə bir məqamda ona kömək əlini uzadır. Bəhruzdan gizli olaraq anasından yadigar qalmış üzüyü Məşədi Muxtara verib onu yola salır.

Bütün bu çətinliklər, məhrumiyyətlər içərisində ikən Bəhruz xəstə vücudu ilə yenə də yaratmaq əzmi ilə yaşayır. Müharibənin insanlara vurduğu dəhşətli mənzərələrə baxdıqca vəhşiləşmiş ermənilərə nifrət edir, yüzlərlə, minlərlə insanların məhvinə səbəb olan, gözəl yerləri, obaları xarabazara çevirən bu mənfur cəlladların törətdikləri cinayətləri ürək ağrısı ilə öz tablolarında əks etdirməyə çalışır: "Bəhruz qayışının altından şəkil dəftərini çıxartdı. Qara, yumşaq karandaşla gördüklərini çəkmək istədi. Ancaq nədən başlaya idi? Yorğan-döşəyi yanmış yük yerindənmi? Ağacdan asıla qalmış boş beşikdənmi? Bir belə xarabanı kiçik bir kağıza yerləşdirmək olarmı? Olmaz. Ancaq lazımdır... Qoy adamlar bu şəklə baxanda fikirləşsinlər ki, dünyada ağıllı yaşamaq lazımdır".

Yazıçı əsərdə Bəhruz, İsmayıl, Cümsün və başqa müsbət obrazlarla yanaşı, onlara zidd mövqedə dayanan baqqal Məşədi Muxtar kimi tipik bir surət də yaratmışdır. Ömrü boyu qızıl, var-dövlət yığmaqla məşğul olan Məşədi Muxtar yalnız özünü və nəvə-nəticəsini düşünür. Cəbhəyə heç bir köməklik göstərmir. Təbrizdən patron, taxıl almaq üçün qızıl lazım olanda da İsmayıl nə qədər israr etsə belə o, qızılı olduğunu boynuna almır, yardım göstərməkdən imtina edir.

Məşədi Muxtarın tamahkarlığı o həddə gəlib çatır ki, o cinayətə də əl atır. Mərənd şəhərinə mal gətirməyə gedən Məşədi özü ilə gətirdiyi ustaya ev tikdirərkən qızıl küpünü gizlətmək üçün divarda boş yer saxlatdırır. Sonra sirrin üstü açılmasın deyə mərəndli ustaya zəhər verib öldürür.

Səngərdə daşnaklara qarşı vuruşan Qənbərə bir dürmək yuxa verib əvəzində ondan qızıl alır. Qənbər düşmən gülləsindən ölərkən dürmək əlində qalır. Məşədi Muxtar üçün vətən, yurd, torpaq anlayışı yalnız məhdud ailə çərçivəsində başa düşülür. Haram yollarla əldə etdiyi qızılları gizlədərkən öz-özünə deyir: "Bu sarının etibarını mən yaxşı bilirəm. Adəmdən xatəmə qədər hörmətli olub. Həmişə də olacaq. Qoy qalsın. Özümə qismət olmasa da, nəvəmin, nəticəmin dadına yetər".

Əsərin sonunda Məşədi Muxtar öz tamahkarlığının qurbanı olur. Evin damında gizlətdiyi qızıl küpünü düşürərkən ermənilərin atdığı toplar Məşədi Muxtarı qızıllarla birlikdə havaya sovurur. Beləliklə də, hərisliklə, acgözlüklə, xalqın qanını soraraq topladığı qızıllar bu mənfur simanın özünə qənim kəsilir.

Müəllif əsərdə iki şəxsin qızıl külçəsinə sahib olduğunu göstərir. Bunlardan biri - Məşədi Muxtar sözün həqiqi mənasında, ikincisi - Bəhruz isə məcazi mənada var-dövlətə sahib olan adamlar kimi təsvir olunur: "Bəhruz heç kimin diqqətini cəlb etməyən xəzinəsindəki cavahirlərin arasında dayanmışdı. O, əllərini qoynuna qoyub baxırdı. Bu xəzinəyə təzə əlavə elədiyi qızıl külçəsinə baxırdı. Bu qızıl külçəsi sarı deyildi, onu kisəyə yığmır, küpələrdə gizlətmirdilər. Bu elə bir qızıl idi ki, çətin günlərdə dizlərdəki taqəti, ürəklərdəki ümidi, gözlərdəki işığı qoruyub saxlamış, adamları bahara çıxarmışdı.

Bu, ayağı çarıqlı, papağı ulduzlu, dizi yamaqlı, gözləri isə ümidlə parıldayan İsmayılın şəkli idi".

Yazıçının "Qızıl külçəsi" povestində təsvir etdiyi tarixi hadisələr XX əsrin sonlarında yenidən təkrarlandı. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı torpaq iddialarında olmaları nəticəsində günahsız insanlarımız soyqırıma məruz qalmış, öz ata-baba yurdlarından didərgin düşmüş, nəticədə vətənimizin gözəl guşələri yağıların əlinə keçmişdir. Son onilliklərdə Qarabağ torpaqları da məhz ermənilərin əsrlərlə davam edən xəyanətkarlığının qurbanı olmuşdur. İstedadlı yazıçımız Fərman Kərimzadə çox böyük uzaqgörənliklə qələmə aldığı bu əsərində bir daha ermənilərin təcavüzkarlığından, fitnəkarlığından bəhs etmiş, düşmənə qarşı mübarizədə öz həmvətənlərini vahid mövqedən çıxış etməyə, birləşməyə səsləmişdir. Bu mənada Fərman Kərimzadənin "Qızıl külçəsi" povesti çağdaş dövrümüz üçün də olduqca aktual və əhəmiyyətlidir.

Arif Babayev təltif olundu Roberta Flak vəfat etdi Şübhələndiyim Allaha evləndikdən sonra necə inandım? - Oğuz Ayvaz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri