“Yorğun olsam da, yorğun deyiləm” Marko Yankoviç
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Monteneqro millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yorğunluqdan şikayətlənib.
QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu son 10 gündə milli komandası ilə UEFA Millətlər Liqasının dörd rəsmi matçında meydana çıxıb. Marko Kipr, Latviya və Ermənistanla iki matçda əsas heyətdə meydana çıxıb.
Yankoviç sıx təqvimlə əlaqədar Monteneqro mediasının sualına cavabında bildirib:
“Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm. Amma bu, peşəkar idmançıların qəbul etdiyi normal vəziyyətdir. Çox oynayırsan, məşq edirsən və səndən həmişə yüksək səviyyə gözlənilir. Kimsə bütün bunlara hazır deyilsə, deməli, bu iş ona görə deyil. Yorğun olsam da, yorğun deyiləm”, – deyə o, gülümsəyərək bildirib.
Qeyd edək ki, Monteneqro Millətlər Liqasının C Liqasının 2-ci qrupunda 4 oyundan 10 xalla 1-ci yeri tutur.
Baxış sayı:83
Bu xəbər 06 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















