Icma.az
close
up
RU
Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XV YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XV YAZI)

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin Bayramlı

Əvvəli burada

https://sesqazeti.az/news/mia/1237677.html

Heyvanların yaradılmasında məqsəd nədir?

“Allah hər heyvanı sudan yaratmışdır. Onların bəziləri qarın üstə sürünər, bəziləri iki ayaq üstə, bəziləri dörd ayaq üstə yeriyər...” (Quran, Nur surəsi, 24/45)

“Allah Adəmə adama tapşırdı ki, "bağı becərsin və ona qulluq etsin" (Yaradılış. 2:15)…Sonra Allah insanın yanına bütün yaratdığı heyvanları və quşları gətirdi ki, Adəmə onlara ad versin (Yaradılış. 2:19)

Heyvanların yaradılmasının məqsədi bioloji, ekoloji və fəlsəfi baxımdan yanaşılması vacib olan çoxşaxəli mövzudur. Bu yazıda heyvanların yaradılış prosesindəki yeri, ekosistemlərdəki rolları və digər canlı növlərinə (bitkilərə, insanlara və s.) təsirləri araşdırılacaqdır.

Heyvanlar ekosistemlərin tarazlığını qoruyan vacib elementlərdir. Hər bir növ ekosistem daxilində mürəkkəb qarşılıqlı əlaqələri dəstəkləyərək fərqli rol oynayır.

Otyeyənlər: Bitkiləri istehlak edərək bitki populyasiyalarına nəzarət edirlər.

Ətyeyənlər: Digər heyvanları ovlayaraq növlər arasında tarazlığı qoruyurlar.

Parazitlər: Yaşadıqları canlıların orqanizmində qidalanaraq ekosistemin dinamikasına təsir göstərirlər.

Parçalayıcılar: Ölü orqanizmləri parçalayaraq qidalanma dövriliyinə töhfə verirlər.

Bu rollar ekosistemlərin sağlam işləməsi üçün vacibdir.

Heyvanlar insan həyatında da çox mühüm yer tutur. İnsanlar heyvanlardan yemək, geyim, nəqliyyat və s. kimi ehtiyaclarını ödəmək üçün istifadə edirlər. Bundan əlavə, heyvanlar insanların mədəni və sosial həyatında mühüm rol oynayır.

Ev heyvanları: İnsanlarla emosional bağlar quraraq psixi sağlamlığa töhfə verir.

Heyvandarlıq: Kənd təsərrüfatı məhsulları istehsalı üçün mühüm əhəmiyyət kəsb edir.

Vəhşi heyvanlar: Ekoturizm və vəhşi təbiəti mühafizə layihələri vasitəsilə iqtisadi töhfələr verir.

Bu kontekstdə heyvanların yaradılmasında məqsəd təkcə bioloji hadisə deyil, həm də sosial və mədəni ölçüyə malikdir.

Bu səbəblərə görə heyvanların mühafizəsi və onların təbii yaşayış yerlərinin davamlılığı həm ekosistem sağlamlığı, həm də bəşəriyyət üçün kritik məsələlərdir. Heyvanların yaşayış yerlərinin məhv edilməsi biomüxtəlifliyin azalmasına və bununla da ekosistemlərin dağılmasına səbəb ola bilər.

Buna görə də, heyvanların yaradılış məqsədi haqqında düşünmək bizə sadəcə olaraq elmi sorğu-sualdan başqa, insanlıq kimi məsuliyyətlərimizi də düşünməyimiz lazım olduğunu xatırladır.

Heyvanların yaradılması ilə bağlı dini və elmi nəzəriyyələr mövcuddur. Müqəddəs kitablarda insanların yaradılışından sonra başqa canlıların da torpaqdan və sudan yaradıldığı izah edilir. Quranda “Biz hər canlını sudan yaratdıq” ayəsi var. İncildə deyilir: “Qoy yer hər cür canlı məxluqları, ev və vəhşi heyvanları və sürünənləri törətsin”. Tövratda deyilir: “Canlılar sizin üçün yemək olacaq. Yaşıl bitkilər kimi hamısını sizə verirəm”.

Bunları nəzərə alsaq, dini mətnlərdə heyvanların ən əsas xüsusiyyəti insanların (həmçinin də bitkilərin) yaşamasına kömək etməkdir.

Elmi mənbələrdə heyvanların əmələ gəlməsinin müəyyən izahı var (həm Darvinin, həm də Lamarkın baxışlarına əsasən)- yerin soyuması, azotun əmələ gəlməsi və s. şərtlər təmin olunduqdan sonra dünya canlılar üçün əlverişli hala gəlib. İlk canlıların suda əmələ gəldiyi qənaəti hasil olunub.

Quranda bu haqda belə deyilir: “Allah hər heyvanı sudan yaratmışdır. Onların bəziləri qarın üstə sürünər, bəziləri iki ayaq üstə, bəziləri dörd ayaq üstə yeriyər...” (“Nur”, 24/45)

Uca Yaradan quşların yaradılmasının və qanadları ilə səmada uçmasının Onun varlığına dəlil olduğunu bildirir: “Məgər onlar səmanın havasında və onların uçuşu üçün uyğunlaşdırılmış çöldə uçan quşlara baxmadılarmı? Onları orada Allahdan başqa heç kim saxlaya bilməz. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün dəlillər vardır”. (Nəhl, 16/79)

Heyvanlar aləmini araşdırdığımız zaman bizi heyrətləndirən bir çox maraqlı şeylərlə rastlaşırıq. Bunlar o qədər maraqlıdır ki, onları sadəcə olaraq “instinkt” adlandırmaq mümkün deyil. Quşlarda vətənlərinə qayıtmaq hissi var. Məsələn, qaranquşlar payızda cənub ölkələrinə köç edirlər. Ancaq gələn yaz onlar əvvəlki yuvalarına qayıdırlar. Payızda qışın daha isti keçdiyi cənub bölgələrinə təkcə qaranquşlar deyil, bir çox başqa quşlar da köç edir. Bu quşlar tez-tez dənizlər və çöllər üzərində minlərlə km uçur və heç vaxt yollarını itirmirlər. Sanki təbii naviqasiya sistemləri var.

Heyvanların də bir sosial funksiyası, ictimai birlikləri, kollektiv iş prinsipləri var- təkcə arıları və qarışqaları göstərmək kifayətdir. Heyvanlara xas sosial həyat obrazlarına dair çoxlu digər nümunələr də var. Məsələn, maral, balıq, quş, canavar sürüləri buna ən gözəl nümunədir.

Qurani-Kərimdə heyvanların və quşların da insanlar kimi birliklər təşkil etdiyini xəbər verir. Bu cəmiyyət müəyyən mənada insanlarınkına bənzəyir. Onların bu işlərini nizama salan bir növ zəkaları var.

“Yer üzündə gəzən heyvanlar və qanadları ilə uçan quşlar sizin kimi ümmətlərdir” (Quran, Ənam, 6/38).

Qədim alimlər heyvanların və quşların zəkasını və ağlını qəbul etməmiş, onlarda görülən ehtiyat və düşüncəni fitrətin nəticəsi hesab etmişlər. Halbuki, son dövrlərdə heyvanların da müəyyən qədər ağıl və düşüncəyə malik olduğu təsdiq edilmişdir.

Heyvanların davranışını tədqiq edən ekspertlər (etoloqlar) quşların və məməlilərin sosial quruluşunda çox sərt iyerarxiyanın olduğunu aşkar ediblər.

Müxtəlif növ heyvanlar bir-biri ilə anlaşa və birlikdə yaşaya bilər. Bu formalar 3 kateqoriyaya bölünür;

1. Bir növ digərindən faydalanır, lakin ikinci növ bu tərəfdaşlıqdan faydalanmır (kommensalizm).

2. Növlər bir-birinə qarşılıqlı fayda verirlər (simbioz).

3. Bir növ tam şəkildə digərlərinin hesabına yaşayır (parazitar).

Heyvanlar və bitkilər aləmləri arasında da bir növ əməkdaşlıq mövcuddur. Məlumdur ki, bəzi həşərat və quşlar bitkilərin tozlanmasında mühüm rol oynayır. Məsələn, çiçəklərin ətrafında dolaşan arı nektar və çiçək tozcuqlarını axtarmaq üçün bir çiçəyə qonur. Bu əsnada üzərinə düşən tozcuqları düşdüyü eyni növdən başqa bir çiçəyə yayar. Beləliklə, bitkinin tozlanmasına, mayalanmasına və çoxalmasına səbəb olur.

Tropiklərdə bu işi bəzi quşlar, məsələn, kolibri, tutuquşular və yarasalar görür. Quşların köməyi ilə tozlanan çiçəklər bəzən onlarla eyni rəngdə olur. Bəzi çiçəklər, məsələn, orkide, böcəklərə bənzəyir. Heyvanlar tozlanmada mühüm rol oynasalar da, əsas amil küləkdir.

Hər bir heyvan növünün öz dili var. Məsələn, itin hürməsi, pişiyin miyovlaması, quşun cingiltisi ünsiyyət vasitəsidir. Bizə lazımsız səs-küy kimi görünən bu səslər onların danışması və ünsiyyəti ola bilər.

Bəzi heyvanlar da insan sözlərini başa düşür və cavab verir. Məsələn, itlər, tutuquşular bu mövzuda çox bacarıqlıdırlar.

Hamımız bilirik ki, insanlar bəzi heyvan növləri ilə çox yaxşı anlaşır. Məsələn, pişik və it kimi ev heyvanları öz adlarından başqa sahiblərinin dediyi bir çox sözləri başa düşə bilirlər. Heyvan psixologiyası mütəxəssisləri xüsusilə meymunlarla dialoq qurmağa və bu dialoqu daha da irəli aparmağa çalışıblar. Onlar bu təcrübələrdə əhəmiyyətli irəliləyiş əldə ediblər. Onlar aşkar ediblər ki, şimpanze kar və lallara xas olan işarə dili ilə bəzi məsələləri başa düşə bilər.

Bəzi ev heyvanlarının sahiblərinin dediklərinin çoxunu başa düşməsi düşündürücüdür. Ona görə də heyvanların həyatını sadəcə “instinkt”lə izah etmək böyük haqsızlıqdır. Buradan belə qənaətə gəlmək olar ki, onların da öz ağılları, anlayışları var.

İnsanlar özlərini necə qoruyacağını bildiyi kimi, bir çox canlılar da özlərini qoruyur. Buna çoxlu misallar gətirmək olar. Dr. Arçibald Roteldoq ağır yaralanan vəhşi heyvanı əhliləşdirir. Həkim yaranı yuyur və lazım olduqda sarğı edir. Amma heyvan, sanki həkimin düzəltdiyi sarğı xoşuna gəlmir, onu açır, dili ilə yaranı yavaşca yalayır, günəşə, təmiz havaya qoyur. Yara da qısa müddətdə sağalır. Bu, Yaradanın heyvanlara bəxş etdiyi bir hiss və davranışdır.

Ayılar xəstələnəndə bəzi bitkilərin kökünü qazıb yeyərək özlərini müalicə edirlər. İlan həzm üçün ətirşah liflərinin köklərini udur. Heyvanlar və quşlar malyariyaya yoluxduqda günəşli və açıq yerlərdə məskunlaşırlar. Onlar zərərli bir şey yediklərini başa düşdükdə, tam qusma və ya ishala səbəb olacaq bitkiləri yeyirlər. Məsələn, kirpilər zəhərli ilanı yedikdən sonra xüsusi bir bitkinin bu zəhəri neytrallaşdırdığını dərk edərək ondan yeyir və zərər görmür. Şüursuz adlandırılan heyvan hansı ilanın zəhərli olduğunu, bu zəhərin kimyəvi tərkibinin necə olduğunu, onu neytrallaşdıran maddələrin nələr olduğunu və onların hansı bitkinin tərkibində olduğunu haradan bilir?

Heyvan qrupları öz təhlükəsizliklilərini təmin etmək üçün düşünülmüş texnologiyalar tətbiq edirlər. Birlikdə yaşayan heyvanlar və quşlar qrupları onları arxadan qorumaq və öndəki yolu kəşf etmək üçün xüsusi seçilmiş üzvlər təyin edir. Məsələn, fil qrupları təyinat yerlərində su və yemək olub olmadığını yoxlamaq üçün kəşfiyyatçılar göndərirlər. Ən güclü erkəklər quş sürülərini qoruyur. Ceyranlarda mühafizəçilər arxa tərəfdə yerləşir. Çünki onların ən təhlükəli düşməni olan canavarlar adətən arxadan hücuma keçirlər. İki ceyran otlayanda növbə çəkirlər. Biri otlayır, bu biri keşik çəkir, sonra bu biri otlayır, o biri isə keşik çəkir.

Çəyirtkələr də kəşfiyyata bir dəstə göndərir. Afrikada vəhşi camışlar bütün yolları nəzarət altında saxlamaq üçün meşənin hündür yerində mühafizəçilərini qoyurlar.

Köçəri quşların əksəriyyəti uyğun qidalanma və iqlim şəraiti tapmaq, ya da balalarının böyüməsi üçün lazımi şərait yaratmaq üçün köç edir. Amma miqrasiyanın səbəbi təkcə ərzaq qıtlığı deyil. Məsələn, qaranquşlar avqust ayında köç edir, hava hələ də həşəratlarla doludur. Əslində günlərin qısalması quşların gözlərinə, beyinlərinə, beyindəki hipotalamusa və hipofiz bezlərinə təsir edir. Bunlar reproduktiv vəzlərinə də təsir edir. Bu səbəbdən günlər qısalmamış köç etmək lazımdır.

Bəzi heyvanlarda insanların anlamaqda çətinlik çəkdiyi müəyyən davranışlar var. Məsələn, Ekvatorial Afrikadan qayıdan bir qaranquş neçə min km məsafəni düzgün keçərək keçən il vətənində qurduğu yuvanı necə tapa bilər? Araşdırmalar göstərdi ki, köçəri quşlar üçün əsas istinad nöqtəsi Günəş, Ay və ulduzlardır. Quşlar hava buludlu olduqda quru, dağlar, çaylar, sahillər və s. ilə hərəkət edirlər. Onlar uçuş zamanı bucaq tipli formadan istifadə edirlər ki, bu havanın müqavimət qabiliyyətinin azaldılması və enerjiyə qənaəti təmin edir. Bir çox növlər Yerin maqnit sahəsindən köməkçi vasitə kimi istifadə edirlər. Quşların öz yerlərini təyin etmək və orientasiya götürmək qabiliyyəti əsasən anadangəlmədir.

İnsanların ruzi olaraq istifadə etdiyi ən vacib qidalardan biri də heyvan mənşəli qidalardır. Bəzi heyvanlardan nəqliyyat və təsərrüfat işləri üçün istifadə edilir. Bəzilərinin dərisindən, yunundan və tükündən istifadə olunur. Heyvanlar müxtəlif aspektlərdən insanlar üçün çox faydalı canlılardır.

Quranda belə buyurulur: “Sizin üçün heyvanları yaradan Allahdır, bəzilərini minik, bəzilərini isə yemək. Onların sizin üçün daha çox faydaları var. Onlara minməklə ürəyinizin istədiyi yerə çata bilərsiniz…” (Mömin, 40/79-81)

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see390

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see239

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see162

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see125

Milyarder, hüquqşünas, diplomat, yoxsa əmlakçı? Bakıya səhərə yaxın gözlənilməz eniş edən Stiv Vitkof kimdir? (TƏHLİL)

17 Mart 2025 14:52see124

Rayonlara dolu və sulu qar yağacaq Sabahın havası

17 Mart 2025 12:42see123

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see121

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see121

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see120

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see119

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see117

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see117

Donald Tramp martın 18 də Vladimir Putinlə danışacaq

17 Mart 2025 12:02see117

Dünyanın sonu bu vaxt olacaq: Alimlər tarixi hesablayıblar

17 Mart 2025 15:10see117

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

17 Mart 2025 15:14see117

Novruz milli birliyə və həmrəyliyə çağırış edir Yeni Gündəm

17 Mart 2025 12:14see116

Prezident xarici qonaqları qəbul etdi (YENİLƏNİB)

17 Mart 2025 15:22see116

ABAD məhsulları ABŞ bazarında

17 Mart 2025 14:45see116

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri