Icma.az
close
up
RU
Yoxluğun dağdan ağır... Əhməd Məmmədovun şəhidlik zirvəsinə yüksəlməsindən 31 il ötür

Yoxluğun dağdan ağır... Əhməd Məmmədovun şəhidlik zirvəsinə yüksəlməsindən 31 il ötür

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Olduqca təsirli və fəlsəfi məna yükə malik bir ifadə var dilimizdə: Torpaq insanı udanda qəbir, insan torpağı udanda ŞƏHİD olur. Torpağı udmaq üçün isə vətəni, vətənin torpağını, daşını, qayasını, övladlarını sevməlisən, hətta canından çox sevməlisən.

Əlbəttə, bu sayaq sevgilər yalnız şəxsiyyətən, qəlbən, zehniyyətən böyük insanlarda formalaşır. Ata, ana öz övladlarını, övladlar öz valideynlərini niyə sevirlər? Ona görə ki, onları qan qohumluğu, qan bağları birləşdirir. Vətənini, torpağını sevən, onun uğrunda canından keçənləri də bu torpaqla qan bağları birləşdirir. Bu mənada “Torpağa su qatsan palçıq, qan qatsan Vətən olar” söyləmi yerində işlədilmiş zəngin düşüncə məhsuludur. Əlbəttə, əsrlər, qərinələr və illər boyu hər parçası bir “qonşu”da əsir qalan odlar yurdu Azərbaycanın adi qara torpağına qan qatıb onu Vətənə çevirən şücayətli vətən oğullarımız olub, var və olacaqlar.

Hələ Birinci və İkinci Qarabağ savaşları zamanı bu cür yenilməz, mərd oğullarımızın göstərdikləri, yazdıqları qəhrəmanlıq dastanları barədə çox eşitdik, çox oxuduq. “Vətəndən pay olmayır”, “Qarabağsız Azərbaycan başsız bədəndir” şüarını illərdir, az qala ana laylasına, dövlət himninə çevirən Azərbaycanın qəhrəman oğulları işğalla barışmır, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçirdilər. Vətəni uğrunda əziz canını fəda edən, körpə balalarını, doğmalarını aramsız, heç zaman dinməyəcək göz yaşlarına qərq edib, daim qorunmağa ehtiyac duyan vətənin azadlığı uğrunda böyük məharətlər göstərən, adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdıran Şəhidlərimizdən biri də Məmmədov Əhməd Teymur oğludur.

Müqəddəs və uca şəhidimizin həyat kredosu və döyüş yolu barədə qısa məlumat:

Cəbrayıl işğal olunur, Əhmədin valideynləri Sumqayıta - onun yataqxanadakı kiçik otağına sığınır. Ata-ana xəstədir. Özünün də xanımı və üç körpəsi var. Ancaq Əhməd Məmmədov bunlara baxmayaraq, döyüşə gedir. Vətən torpağı düşmən tapdağındaykən, o, heç nə olmamış kimi öz evində otura bilmədi. Otura bilməzdi də; insani vicdanı, kişi qeyrəti, Vətən təəssübü onu rahat buraxmamışdı. Hətta ata-anasının xəstəliyini, öhdəsində üç azyaşlı uşaq olduğunu nəzərə alan Hərbi Komissarlıq Əhməd Məmmədovu ön cəbhədən geriyə çağırmışdı da. Ancaq Qəhrəmanımız 10 gündən artıq duruş gətirə bilməyib: "Döyüş yoldaşlarım orda odun-alovun içindəykən, mən evdə yata bilmərəm" deyib. Cəmi onca gün döyüşdə olmamağı ona çox ağır gəlib. Yenidən cəbhə bölgəsinə - Ağdama qayıdıb, Papravənd, Güllücə, Çəmənli kəndlərinin müdafiəsində iştirakını davam etdirib. Və 1994-cü il aprelin 11-də - atəşkəs əldə olunmasına bir ay qalmış Çəmənli kəndi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Bu gün aprelin 11-dir, Əhməd Məmmədovun şəhid olduğu o məşum, məşum olduğu qədər müqəddəs və qürurlu gündür. Bəzən mediada, cəmiyyətdə insanların leksikonunda hansısa şəhidimizlə bağlı “Şəhidimiz bu gün dəfn olundu, dünən həlak oldu” kimi ifadələr işlədilir. Əlbəttə, bu ifadələr təəssüf doğurur, o mənada ki, şəhidlər həlak olmurlar, onların ölüm günü olmur, şəhidlərimizin yalnız doğum günü olur. Hə, unutmadan onu da diqqətlərə ərz edim: Şəhidlər dəfn olunmurlar. Onlar yalnız torpağa tapşırılırlar. Əhməd Məmmədovlar kimi... Yəni bir zamanlar torpaqlarımızın mühafizəsi tapşırılan ADAMLAR sonradan torpaqlarımıza tapşırılırlar. Bu ifadədə o həqiqət gizlənir ki, məşhur şeirdə deyildiyi kimi “Torpaq uğrunda ölən varsa, vətəndir”. Söz yox ki, azadlıq və qəhrəmanlıq dastanları quru sözlərlə deyil, qanla alınır, yazılır. Amma uca şəhidimiz Əhməd Məmmədovun itkisinin təsəllisi yoxdur. Bu itkinin yalnız çəkilməz sancısı var. Qəhrəman şəhidimizin oğlu, dəyərli qələmdaşımız Zaur Əhmədin çəkdiyi bu sancı kimi...

Zaur Əhməd yazır:

11 aprel atam - Əhməd Məmmədovun şəhadətə ucalmasından 31 il ötür. Dildə demək, sözdə yazmaq asandır, amma 31 il çox böyük zaman kəsiyidir. Ağır da olsa, qürurla yaşadığım 31 ilin döngəsində ilham gəldi, bir şeir yazdım.

***
GƏL BİR DƏFƏ DƏRDLƏŞƏK...

Yoxluğun dağdan ağır,
Varlığın əlyetişməz.
Səninlə nə yaşadıq - ki, nə də yuxu görək.
Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz?
Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək.

Sən ucadan ucasan! 
Hərdən göyə baxıram, 
Görən sən ordasanmı?
O masmavi səmadan,
O ağappaq buluddan görən çoxmu yuxarı?
İmkan yoxmu enəsən bircə dəfə yanıma,
bircə dəfə aşağı?
İmkan yoxsa, ta neynək,
Məni yanına çağır.
O dupduru diyarda gəl bir dəfə dərdləşək.

Hər xoş, hər acı gündə hüzuruna gəlirik, 
Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı.
Hərə öz şəhidiylə söhbətləşir, danışır. 
Nə qədər dindirsəm də, dinmir axı baş daşı…
Daşı tök ətəyindən, bircə dəfə din, danış.
Demirəm başqa yerdə, gəl elə bu müqəddəs
xiyabanda dərdləşək.

Əminəm özüm kimi:
Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə - 
gah şəhərə üz tutur,
gah da baş çəkir kəndə. 
Narahatlıq bitdi tay!  
Daha düşmənlər gəzmir 
uğrunda can verdiyin o gözəlim Vətəndə.
bu gözəlim Vətəndə
gəl bir dəfə dərdləşək. 

Uşaqdım sən gedəndə -
Cavandın sən gedəndə.
Getmək zərurətəndi, 
ölmək bədahətəndi, 
ölümün ən gözəli 
elə şəhadətəndi. 
İnsafın olsun, ata, bir igid ömrü keçdi, 
Daha mən də böyüyəm.
Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək...
Heç harda olmasa da, 
aşağıda olmasa da, 
yuxarıda olmasa da, 
gəl yuxuda dərdləşək…


Son söz: Şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Gəlin, şəhidlərimizi, unutmayaq.

P.S. Başda təsisçimiz İqbal Alısoy olmaqla Bakıvaxtı.az ailəsi olaraq qəhrəman ŞƏHİDİMİZ Əhməd Məmmədova Allahdan rəhmət diləyir, ruhuna dualar oxuyuruq. Əminlik ifadə edirik ki, bir zamanlar Əhməd Məmmədovun azadlığı uğruda döyüşdüyü torpaqlarımızın bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, qüdrətli ordumuzun yenilməzliyi sayəsində azadlığa qovuşması ŞƏHİDİMİZİN ruhuna, məzarına nur çiləyir, rahatlıq ərmağan edir.

Allah rəhmət eləsin!

Ayyət Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see205

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri