Icma.az
close
up
RU
Yüksək səs bağlı qapı, susqunluq açıq qapıdır HEKAYƏ

Yüksək səs bağlı qapı, susqunluq açıq qapıdır HEKAYƏ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məndən sənə nəsihət...
Gəncsən, çılğınsan əminəm ki, dediklərimlə əvvəl razı olmayacaqsan, amma sonra baxışın dəyişəcək.
İlk iş günüm idi. Memar olaraq dünyada tanınan top şirkətlərdən birində işləməyə başlamışdım. İlk layihə günü tikinti işləri gedən əraziyə rəhbərlik köhnə işçilərdən birini mənimlə göndərdi.
Həmsöhbətim maşında olarkən söhbətə başladı. Sakitcə onu dinləyirdim. Bir az özündən danışdı, bir az da mənim haqqımda maraqlandı. Oxuduğum yeri soruşdu. Sonra dedi ki, filan yeri oxuyan o90nə biləsidir ki…
İnsanı oxuduğu yerə, peşəsinə görə mühakimə etməyə başladı. Mən yenə fikir bildirmədim.
Nə düşündüyümü soruşdu. Dedim: İnsanı oxuduğu yerə görə yox, bacardığına görə iş seçimində qiymətləndirməliyik. Yenə aqressivləşdi, “səhv düşünürsən” deyib yol boyu danışmağa başladı. Mən isə sakit dayanıb pəncərədən çölə baxırdım.
Məkana çatdıq. İşin dizaynı haqqında məlumat verməyə, çertyojunu hazırlamağa başladım. Bir-iki əlavə etdikdə sözümü yarımçıq kəsərək müdaxilə etdi. Mən yenidən izah etməyə çalışanda aqressiya yarandı.
— Mənim işimi məndən yaxşı bilməyəcəksən ki, — deyərək sifətini turşutdu.
— Əsla, mən sizə işinizi öyrətmək niyyəti ilə demədim. Sadəcə texniki cəhətdən bildiyim üçün fikir bildirirəm, uyğun olsa edərik, — dedim.
— Xeyr, fikrinizi özünüzdə saxlayın, uyğun deyil. Mən öz işimi bilirəm, — deyə səs tonunu qaldıraraq danışmağa başladı.
Bu layihə ikimizin adından, şirkəti də təmsil etməklə xarici rəhbərliyə təqdim ediləcəkdi. İş ortaya yaxşı qoyulmalı idi. Üstəlik, ön hissədə mənim adım gedirdi, son təhvili mən verməli idim. O isə sadəcə texniki cəhətdən işini görürdü. Quruluş, vizuallıq mənim işim idi. Bunlardan biri yanlış olsa, ilk iş günündə heç kim istəməzdi ki, işi bəyənilməsin, ziddiyyətli məqamlar çox çıxsın.
Yenə vəziyyəti izah etməyə çalışdım. Bu dəfə daha da acıqlı tonda danışmağa başladı. Başa düşdüm ki, olmayacaq. Susdum. Sakitcə maşına oturduq və şirkətə qayıtdıq. İşi olduğu kimi təhvil verdim, amma işin yarısı qalmışdı.
Rəhbərlik mənfi cəhətləri gördü və vaxt qaldığı üçün düzəldilib davam etdirilməsini istədi. Rəhbərlikdən bir xahişim oldu: texniki işçini özüm seçmək istədiyimi dedim. Mənimlə razılaşdılar.
İkinci gün layihə üzərində işlədik. O, məni səbrlə dinləyirdi. Hətta “sənin də əlavən varsa, mütləq bildir” deyirdi. Mən dedim ki, tikinti üsulu bu istiqamətdə olsa və bunlar tətbiq edilsə, daha uyğun olar. Üzümə donuq halda bir dəqiqə baxdı, sonra dedi:
— Sən bunları haradan bilirsən?
İzah etdim ki, bu bölmənin bir hissəsini mən də keçmişəm. Bir az mən də bilirəm.
O dedi:
— Gəlib mənə çatmısan ki, çox gözəl fikirdir, bəyəndim. Bax, ürəyim açıldı. İki bilən başla bu iş tez və ən yaxşı şəkildə həll olar.
Bu sözlər üzümdə təbəssüm yaratdı. Elə həmin gündən işləməyə başladıq.
Şirkətdə kiçik bir iclas keçirildi. İlk iş günü getdiyim texniki işçi də orada idi. Mən layihə haqqında tribunaya çıxıb danışanda yuxarıdan-aşağı qəribə bir məzəmmətlə baxıb söz atmağa başladı:
— Bu nədir? Cavan kadrı işə götürürlər, burada da biz öyrədirik elə bil.
Bu azmış kimi, sonda yenə davam edirdi. “Dırnaq arası tənqid” idi, amma bu onun cılızlığı, çarəsizliyi idi. Mən yenə susdum. Nə dedisə, sakit dayandım.
İclas bitdi.
Biri dedi: “Belə sakit qalma, səni əzərlər.”
Biri dedi: “Gərək onu susdurardın.”
Biri də dedi: “İlk iş günüdür, nə edə bilər ki?”
Mən sadəcə kənardan müşahidə edirdim.
Layihəni işlədiyim həmkarım yaxınlaşanda o da gəldi. Yenə söz atdı. Bu dəfə həmkarım cavab vermək istədi. Qolundan tutub dedim:
— Sakit dayan, heç nə demə. Bu mənimlə bağlıdır, xahiş edirəm, müdaxilə etmə.
Həmkarımla otaqdan çıxdım.
Bir müddət sonra təsadüfən yeni bir işçi də komandaya qoşuldu və o da mənim ilk gün getdiyim kimi onunla getdi. O bəy yenə etdiyini etdi. Amma bu dəfə yeni işçi susmadı, cavab verdi. Təsadüfdən məlum oldu ki, bu şəxs xaricdə təhsil alıb ölkəyə qayıdan, şirkət rəhbərinin qardaşı oğlu imiş. Texniki işçinin işinə xitam verildi.
Uzun müddət keçdi. Mən artıq xarici şirkətdə işləyirdim. Bir gün lift gözləyərkən qapı arxasından yüksək səslə mübahisə eşitdim. Yaxınlaşanda yenə onu gördüm. Əsəbi halda sənədləri yerə çırpırdı. Rəhbərlik artıq onu işə qəbul etmirdi. Sınaq müddətində sərgilədiyi davranış və texniki bilikləri şirkətin strategiyasına uyğun deyildi. Özünü nə inkişaf etdirmişdi, nə də yeni bacarıqlar qazanmışdı.
Onu qapıdan içəri buraxmadılar.
Telefonuna zəng gəldi. Çox əsəbi və acınacaqlı vəziyyətdə idi. Borc götürüb qurduğu iş çökmüşdü, kredit borcu ilə bağlı son xəbərdarlıq zəngi gəlmişdi.
Yanına yaxınlaşdım. Məni görəndə şoka düşdü. Dedim:
— Xatırladın məni? Bir zamanlar bacarıqsız dediyin adam. Susdum, amma sənin bu halını görüb susa bilmədim. Özünü düzəlt, yoxsa bütün qapılar üzünə bağlanacaq. Həyatdan ümidini üzmə. Allah insana daşıya bilməyəcəyi yük verməz. Bunu bir sınaq kimi qəbul et və dəyiş.
Deyib getdim.
O qapıdan mən keçdim, amma o keçə bilmədi. Mən susdum. Susqunluğuma kimi qorxaqlıq dedi, kimi zəiflik. Halbuki əsl güc səsdə deyil. Əsl güc özünü idarə etməkdədir.
Sakitcə yoluma davam etdim.

Südabə Mətanətli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 May 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri