Icma.az
close
up
RU
Yüksək xolesterin səssiz irəliləyir: Mütəxəssislərdən mühüm xəbərdarlıq

Yüksək xolesterin səssiz irəliləyir: Mütəxəssislərdən mühüm xəbərdarlıq

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yüksək xolesterin uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bəzi insanlarda isə problem yalnız infarkt və ya insult kimi ciddi sağlamlıq problemləri yaşandıqdan sonra aşkarlanır. Mütəxəssislər xüsusilə diabet, hipertoniya, ürək-damar və xroniki böyrək xəstəliyi olan şəxslərin mütəmadi müayinədən keçməsinin vacibliyini vurğulayırlar.
Dosent Dr. Gamze Akkuş yüksək xolesterinin əksər hallarda səssiz irəlilədiyini bildirərək, xüsusilə yanaşı xəstəlikləri olan insanlarda riskin daha yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, xolesterin göstəricilərinə mütəmadi nəzarət etmək vacibdir.
Heç bir əlamət vermədən inkişaf edə bilər
Xolesterin yüksəkliyi bəzi insanlarda uzun müddət heç bir şikayət yaratmır. Ailəvi hiperlipidemiya zamanı göz qapaqlarında və ya dəri büküşlərində yağ yığıntıları müşahidə oluna bilər. Lakin sonradan yaranan xolesterin yüksəkliyində heç bir görünən əlamət olmaya bilər.
Mütəxəssislər bildirirlər ki, bəzi xəstələr yüksək xolesterindən xəbər tutduqda artıq infarkt və ya insult kimi ciddi problemlə üzləşmiş olurlar.
Risk qrupunda olanlar diqqətli olmalıdır
Diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və xroniki böyrək xəstəliyi olan şəxslər yüksək risk qrupuna daxildir.
Ailəsində erkən yaşda ürək-damar xəstəliyi və ya ciddi xolesterin yüksəkliyi olan şəxslərə də daha erkən yaşlardan mütəmadi nəzarət tövsiyə edilir.
Risk qrupunda olan insanların xolesterin səviyyələrini həkim məsləhətinə uyğun olaraq mütəmadi yoxlatdırması vacibdir. Heç bir risk faktoru olmayan şəxslərdə isə müayinələrin tezliyi yaşa və ümumi sağlamlıq vəziyyətinə görə müəyyən edilir.
Sağlam qidalanma əsas şərtlərdən biridir
Mütəxəssislərin fikrincə, xolesterinə nəzarətin ilk mərhələsi sağlam qidalanma və həyat tərzinin dəyişdirilməsidir. Bu baxımdan Aralıq dənizi və DASH tipli qidalanma modelləri tövsiyə olunur.
Gündəlik qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar, sağlam yağlar və balanslı zülal mənbələrinin artırılması, duz, doymuş yağlar və emal olunmuş qidaların isə azaldılması məsləhət görülür.
Həyat tərzində edilən dəyişikliklərə baxmayaraq xolesterin səviyyəsi kifayət qədər aşağı düşmədikdə isə həkim nəzarəti altında dərman müalicəsinə başlanıla bilər.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri