Icma.az
close
up
RU
Yunanınstanda 13 saatlıq iş günü qanuniləşdirildi

Yunanınstanda 13 saatlıq iş günü qanuniləşdirildi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Yunanıstan parlamenti 13 saatlıq iş günü ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yaylıb.

Bildirilir ki, ölkədə həmkarlar ittifaqları və müxalifət partiyaları tərəfindən qanunun aleyhinə baş qaldıran etirazlar qərara təsir etməyib.

Agentliyin məlumatına görə, “Hər kəs üçün ədalətli əmək” adlı qanun layihəsinnin lkehinə hakim “Yeni Demokratiya” partiyasından 156 deputat və iki müstəqil deputat səs verib.

Müxalifət partiyalarından 109 deputat layihəyə qarşı çıxıb. “Radikal Sol Qüvvələr Koalisiyası – Proqressiv Alyans” partiyasının nümayəndələri səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, Yunanıstanın təkpalatlı parlamentində ümumilikdə 300 deputat var.

Yunanıstan Əmək və Sosial Müdafiə Naziri Niki Kerameos parlament iclasında bildirib ki, qanun layihəsinin əksər maddələri işçilər üçün əlavə güzəştlər nəzərdə tutur. O, müxalifəti diqqəti yalnız “hər kəs üçün 13 saatlıq iş günü” maddəsinə yönəltdiyinə tənqid edib.

Nazir qeyd edib ki, belə uzun iş günü yalnız istisnai hallarda mümkündür – ayda üç gündən çox və ildə 37 gündən artıq olmamalıdır.

Kerameos xatırladıb ki, bir çox vətəndaşlar artıq 13 saat işləyir, lakin bunu eyni iş yerində deyil, iki və ya üç iş yerində edirlər. “İndi işçiyə bir iş yerində fasiləsiz 13 saat işləmək imkanı verilir və maaş 40% artırılır”, — deyə nazir əlavə edib.

O, əmək müdafiəsi qaydalarının tam şəkildə tətbiq olunacağını da qeyd edib.

Son aylarda həmkarlar ittifaqları müxalifətin dəstəyi ilə ölkə boyu bir neçə mitinq keçirib. Etirazçılar qanun layihəsinin ləğvini tələb ediblər.

Onlar ölkədə 5 günlük iş həftəsi və 7 saatlıq iş günü, həmçinin maaşların artırılmasını tələb ediblər.


Ayxan,
Bakupost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri