Icma.az
close
up
RU
Yunis Hüseynov: Ən çox paxlavanı sevirəm, xüsusilə də Gəncə paxlavasını

Yunis Hüseynov: Ən çox paxlavanı sevirəm, xüsusilə də Gəncə paxlavasını

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin sabiq futbolçusu, "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Novruz bayramı ilə bağlı xatirələrini İdman.biz-ə danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- Novruzla aranız necədir?

- Çox yaxşı. Uşaqlıqdan həmişə Novruzu səbirsizlikə gözləmişəm. Ümumiyyətlə, yaz mənim sevimli fəslimdir. Ağaclar çiçəklənir, hər yer yaşıllıq olur, havalar isinir. Üstəlik, Novruz şirniyyatları bu bayrama başqa bir rəng qatır. Yazı gətirdiyi üçün Novruzu lap çox sevirəm.

- Bəs adət-ənənələri necə?
- Novruzla bağlı bir çox adətlər xoşuma gəlir. Yumurta döyüşdürmək, tonqalın üstündən tullanmaq, papaq atmaq hamısı maraqlıdır. Ən çox xoşuma gələn isə tonqal qalamaq, əsas da tonqala kartof atmaq idi. Közdə bişən kartofu hədsiz çox sevirəm. Onun ləzzəti bir başqa olur. Bir də yumurta döyüşdürməkdən çox xoşum gəlir. Biz Gəncədə şəhər bazarının yanında olurduq. Yadımdadır, Novruz ərəfəsində, ilaxır çərşənbədən etibarən bazarda yumurta döyüşdürürdük.

- Bazarda niyə?

- Bazarda qadın satıcılar dayanırdı. Çiy yumurtanı 10 qəpiyə alıb döyüşdürürdük. Həmin qadınlar sınan yumurtaları bizdən ucuz qiymətə alıb satırdılar. "Kletka" ilə yumurta alıb döyüşdürənlər vardı. Deməli, başdan başlayıb hərə birini götürüb döyüşdürürdü. Axırda kim uduzurdusa, "kletka"nın pulunu da o verirdi. Papaq atmaq da çox maraqlı idi. Uşaq olanda mənim "samakat"ım vardı. O vaxt "samakat" çox adamda olmazdı. Biz ancaq tanıdığımız adamların qapısına papaq atardıq. Uşaqlarla qonşulara papaq atandan sonra nisbətən uzaqda yaşayan qohumlara "samakat"la gedərdik. Papaq atmada "samakat"ımın böyük rolu vardı (gülür).

- Papaq atmağa cəmi iki nəfər gedirdiniz?

- O birilər də böyrümüzcə qaça-qaça gələrdi (gülür).

- Ərkoyün uşaq olmusuz?

- Ailədə altı uşaq idik, evin son beşiyiyəm. Buna görə məni bir qədər ərköyün böyüdüblər. Buna baxmayaraq, təbiətcə çox sakit uşaq olmuşam.

- Bəs Novruz şirniyyatlarından ən çox hansını sevirsiniz?

- Ən çox paxlavanı sevirəm, xüsusilə də Gəncə paxlavasını. Əslimiz Ordubadın Dəstə kəndindəndir. Ancaq mən Gəncədə doğulub-böyümüşəm. Yadımdadır, rəhmətlik anam çox yaxşı Gəncə paxlavası bişirərdi. Qonşular da həmin paxlavadan bişirtmək üçün növbəyə dayanardılar. Anamın çox qəşəng əl qabiliyyəti var idi. Gəncədə Novruz abu-havası tamam başqa cür olur.

- Axırıncı dəfə Gəncədə Novruzu nə vaxt qeyd etmisiz?

- Düzü, yadıma gəlmir. Çox güman, cavan vaxtlarımda olub.

- Bu bayramı harada qeyd edəcəksiz?

- Ailəmlə birgə Qaxda qeyd edəcəyəm.

- Çox güman, oyunlarla əlaqədar Novruzu evdən uzaqda keçirdiyiniz çox olub.

- Hə, demək olar ki, bayramların çoxunu evdən kənarda olmuşam. Xüsusilə də oynadığım dövrdə. Çox vaxt oyunlarda, təlim-məşq toplanışlarında olurduq.

- Yəqin ki, həmin günlərdən maraqlı xatirələriniz də var.

- Yadımdadır, bir dəfə hansısa ölkədə milli komanda ilə səfərdə idik. Hara olduğu indi dəqiq yadımda deyil. Ağasəlim müəllim (Mircavadovu nəzərdə tutur – red.) özü ilə şəkərbura, paxlava götürmüşdü. Bayramı səfərdə olduğumuz üçün əvvəlcədən hazırlıq görmüşdülər, Novruz günü süfrə açılmışdı. Sonra çıxıb çöldə balaca bir tonqal qalayıb üstündən tullanmışdıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri