Yunus Oğuzun üç kitabı bir romanda “Qara Yusif”
Icma.az bildirir, Milli.az portalına istinadən.
Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini - "Qara Yusif" romanını başa çatdırıb. Üç kitabdan ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur.
Tarixi hadisələr və görkəmli şəxsiyyətlərin həyatından bəhs edən əsər Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətini əhatə edir. Romanın birinci kitabı "Əmir Teymur və Qara Yusif", ikincisi "Qara Yusif və Teymurilər", üçüncü kitab isə "Qara Yusif və Teymuri hökmdarı Şahruh" adlanır.
Müəllifin yeni əsərində orta əsrlər dövrünün mühüm siyasi prosesləri, Qara Yusifin hakimiyyət uğrunda mübarizəsi və bölgədə baş verən tarixi hadisələr bədii dillə təqdim olunur. Tarixsevərlərin marağına səbəb olacaq romanın nəşri artıq ədəbiyyat ictimaiyyətində diqqətlə gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















