Icma.az
close
up
RU
Yurd sevgisinin Şuşa ünvanı

Yurd sevgisinin Şuşa ünvanı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Zəfər zirvəsi Şuşa uğrunda döyüşdə şəhid olmuş Rəcəb Hüseynov 1994-cü il yanvarın 3-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində doğulmuşdu. Nazim və Əzizə Hüseynovların ailəsində dünyaya göz açan bu oğlan kənd uşaqları kimi zəhmət, halallıq, böyük-kiçiyə hörmət mühitində, yurd sevgisi ruhunda böyümüşdü.

2011-ci ildə kənddəki tam orta məktəbi bitirmişdi. Müəllimləri ondan həmişə razılıq etmişdilər. Məsuliyyəti, davranışı, böyüklərə münasibəti ilə daim seçilmişdi. Kənd küçələrində yaşlı birinin əlində yük görəndə dərhal ona yaxınlaşıb kömək etmişdi. Böyüklər ağıl-kamalına, ədəb-ərkanına görə onu başqa uşaqlara nümunə göstərmişdilər.

Orta məktəbi bitirdikdən bir il sonra – 2012–2013-cü illərdə Rəcəb Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbin qayda-qanunlarına can-başla, çox ciddi şəkildə riayət edib. Özünü gələcəyin döyüşçüsü kimi görmək istəyi ilə silahdan istifadənin bütün incəliklərini öyrənib. İnanıb ki, bir gün işğalda olan torpaqlarımızın azadlığı uğrunda mərd oğullarımız ayağa qalxacaq.

Hərbi xidmətini uğurla başa vuran Rəcəb kəndə yetişmiş döyüşçü kimi dönür. Ailədə bir bacı, bir qardaş olduğundan valideynləri onun toyunu görmək arzularını deyirlər. Rəcəbin Yeganə xanımla toyunun səsi hələ qulaqlardadır. Bütün kəndin elliklə iştirak etdiyi o toyda da namərd qonşular tərəfdən atəş səsləri gəlir. Elə bil, adətə çevrilmişdi: kənddən bir musiqi səsi yüksələn kimi, xainlər həmişə silaha əl atırdılar. Kənd camaatı artıq bu səslərə alışmışdı.

Azərbaycan Prezidentinin əmri ilə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları başlayanda Rəcəb hərbi komissarlığa gedərək döyüşlərdə könüllü iştirak etmək istəyini bildirib. Əsgər Rəcəb Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Füzulidən başlanan döyüş yolu Şuşada tamamlanıb.

Hər kənd, hər qəsəbə, hər rayon işğaldan azad edildikcə, bütün döyüşçülər kimi Rəcəbin də qələbəyə inamı artıb və imkan tapanda ailəsi ilə telefon danışıqlarında bunu dəfələlərlə dilinə gətirib. Rəcəb döyüşlərin birində yaralansa da, təxliyə olunmaqdan imtina edərək döyüşə davam edib.

Bu, komandirin diqqətindən yayınmayıb. Onun döyüş bacarığı və cəsurluğu komandirlər tərəfindən dəfələrlə nümunə göstərilib. Çünki Rəcəbdə məntiqi güclü idi. Hər dəfə onun fikri, məsləhəti ilə atılan addımlar öz uğurlu nəticəsini verirdi. Bir necə dəfə düşmənin qruplaşdığı yeri təxmin edərək döyüşə atılmaları xeyli düşmənin məhv olmasına səbəb olmuşdu.

Xocavənd döyüşlərindən sonra onları böyük qələbə kimi, çox ağır döyüş də gözləyirdi. Əsgərlər komandirin hər sözünə diqqət kəsilmişdilər. Ən xırda yanlışlıq böyük itkilərə səbəb ola bilərdi. Dəstə ayrı-ayrı qruplara bölünüb dağ yuxarı qalxmalı idi. Bir tərəf qayalıq, digər tərəfdə düşmən... Çətin vəziyyət yaranmışdı. Rəcəb heç vaxt görmədiyi, haqında eşitdiyi və azadlığı uğrunda vuruşdiğu Şuşanı görəcəkdi.

Çox ağır və şiddətli döyüşlərin birində komandir Rəcəbin səsini eşidir: “Vətən sağ olsun. Evdəkilərə deyərsiniz ki, Rəcəb bütün döyüşçülərin arzuladığı Şuşa uğrunda döyüşlərdə iştirak etdi”. Döyüş yoldaşları ona çatanda Rəcəb artıq gözlərini əbədi yummuşdu. Sinəsindən aldığı atəş onun ürəyini əbədi susdurdu.

Beləliklə, Rəcəb Hüseynov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan bayrağına bükülmüş nəşi doğulduğu Tovuza gətiriləndə rayonun və kəndin sakinləri onu böyük izdihamla qarşılayıblar. Yaylım atəşi altında Rəcəb doğulduğu Aşağı Öysüzlü kəndində dəfn olunub. Rəcəbin Rəsmiyyə adlı bir qızı, Feyruz adlı bir oğlu Vətənə əmanət qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Rəcəb Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Bacısı Pakizə yeganə qardaşının balalarına Rəcəbdən, onun uşaqlıq illərindən danışmaqdan doymur. Onların mərd, qorxmaz böyümələri üçün bütün ailə– Rəcəbin ata-anası, həyat yoldaşı ilə birlikdə kənd sakinləri də uşaqları daim diqqədə saxlayırlar. Şəhidlərin övladlarına, şəhid ailələrinə diqqət, qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Z.HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri