“Yutub”da lətifə danışan baş məşqçiyə xəbərdarlıq İŞDƏN QOVULACAQSAN
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Araz-Naxçıvan” rəhbərliyi klubun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Ruslan Əmircanova şok xəbərdarlıq edib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, ona media ilə bağlı qadağa qoyulub.
Buna səbəb gənc mütəxəssisin “yutub” kanallarının birində təhqiramiz ifadələrdən istifadə etməsidir. Əmircanov son vaxtlar qatıldığı verlişlərdə davamlı olaraq qeyri-etik lətifələr və xoşagəlməz hadisələrdən danışıb.
Təbii ki, bu da birmənalı reaksiya doğurmur. Məşqçinin statusuna yaraşmayan leksikonu “Araz-Naxçıvan”a zərbədir.
U-19-un çalışdırıcısı ilə müvafiq söhbət aparılıb, ona klubun imicinə xələl gətirən davranışdan dolayı töhmət verilib.
Əmircanova izah olunub ki, yeniyetmə və gənclərlə işləyən məşqçi kimi bu hərəkətləri yolverilməzdir, etik kodeksə riayət etməlidir.
Bildirilib ki, belə hallar təkrarlanarsa, onunla müqavilə birtərəfli qaydada ləğv olunacaq.
İdman.biz
Baxış sayı:74
Bu xəbər 31 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















