Icma.az
close
up
RU
Yuxuda gəzərkən törədilən cinayət: Kim məsuliyyət daşıyır?

Yuxuda gəzərkən törədilən cinayət: Kim məsuliyyət daşıyır?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibb elmində "somnambulizm", xalq arasında isə "lunatizm", yəni "yuxuda gəzmə" adlı xəstəlik insanın dərin yuxu fazasında olarkən şüursuz şəkildə müxtəlif hərəkətlər etməsi ilə xarakterizə olunan nevroloji bir vəziyyətdir. Bu vəziyyətdə olan şəxs ayağa qalxa, yeriyə və hətta mürəkkəb kombinasiyalı hərəkətlər edə bilər. Bu cür şəxslər ətrafındakı hadisələri şüurlu şəkildə qavramır, oyanandan sonra isə etdiyi hərəkətləri xatırlamır. Çünki onlarda beynin şüurlu qərarvermə mexanizmi aktiv olmur.

Yuxuda gəzən insanlar bəzən özlərinə və başqalarına zərər yetirə bilirlər. Bəs belə olduğu halda zərər yetirən şəxsə cəza tətbiq edilirmi? 

Mövzu ilə bağlı hüquqşünas Yunis Xəlilov Moderator.az-a danışdı. 

"Gecənin qaranlığında baş verən, insanın öz şüurundan asılı olmadan törətdiyi hadisələr hüququn sərt cəzalarını işə salmalıdırmı? 

Ümumiyyətlə, hüquqi baxımdan məsuliyyət üçün əsas şərtlərdən biri şəxsin şüurlu hərəkət etməsidir. Somnambulizm halında isə bu yoxdur. Bu vəziyyət bir sıra hüquq sahələrində ciddi sualların cavablandırılmasını tələb edir. Gəlin, ilk olaraq məsələyə cinayət hüququ aspektindən yanaşaq.

Cinayət hüquq elmində məlumdur ki, məsuliyyət üçün əsas iki element tələb olunur:

Bunlardan birincisi, fiziki element ("actus reus"), yəni qanunla qadağan edilmiş hərəkətin baş verməsidir. Digəri isə psixoloji element ("mens rea"), yəni şəxsin hərəkətinin fərqində olması və onu qəsdən və ya ehtiyatsızlıqdan törətməsidir.

Məsələyə bu prizmadan baxdıqda, aydın görmək olar ki, yuxuda olan şəxs şüurlu qərar  vermədiyi üçün "mens rea", yəni təqsirin qəsd və ya ehtiyatsızlıq formalarından heç biri mövcud olmur. Buna görə də bir çox hüquq sistemlərində yuxuda törədilmiş cinayətlərə görə məsuliyyət ya istisna edilir, ya da bununla bağlı spesifik hallar nəzərdə tutulur.

Yuxuda cinayət törətmə hallarına dair dünya təcrübəsində maraqlı hadisələr baş vermişdir. Məsələn, Kanadada 1992-ci ildə Kenneth Parks adlı şəxs yuxuda gəzən zaman qayınanasını öldürmuş, qayınatasını isə yaralamışdır. Bu işlə bağlı keçirilən məhkəmə prosesində hakimlər onu somnambulizm səbəbindən öz hərəkətlərini idarə edə bilmədiyi üçün günahsız hesab edərək onun barəsində bəraət hökmü çıxarmışdır.

ABŞ-da isə Broughton adlı şəxs 1846-cı ildə yuxuda gəzərkən başqa birini öldürmüşdür. Məhkəmə bu işdə də şəxsi günahsız hesab etmişdir.

İngiltərədə 2003-cü ildə Jules Lowe adlı șəxs öz 83 yaşlı atasını döyərək öldürmüş,  hadisədən sonra atasının ölümünü xatırlamadığını və həmin gecə somnambuliz epizodu yaşadığını bildirmişdir. Tibbi ekspertiza onun həqiqətən somnambulizmə meyilli olduğunu təsdiqlədiyinə görə məhkəmə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmiş, onu məcburi psixiatrik müalicəyə göndərməyi qət etmişdir.

Ümumiyyətlə, yuxuda gəzərkən cinayət əməli törətmək hüquq sistemlərindən asılı olaraq müxtəlif cür qiymətləndirilir. Məsələn, anglo-sakson hüquq sistemində (ABŞ, Kanada, Böyük Britaniya) əgər somnambulizm tibbi fakt kimi sübut olunarsa, şəxs məsuliyyətdən azad edilə bilər. Kontinental Avropa hüququ sistemli ölkələrdə (Fransa, Almaniya, İtaliya və s.) isə əgər yuxuda gəzən şəxs potensial təhlükəlidirsə, cinayət məsuliyyəti olmasa da, məcburi tibbi nəzarət tətbiq edilə bilər. Dini hüquq sistemi olan islam hüququna gəldikdə, qeyd edək ki, niyyət (qəsd) əsas olduğu üçün yuxuda törədilən cinayətlər  məsuliyyət yaratmır.

Qeyd edək ki, bu tip cinayət işlərində vəkillər "yuxuda idim" arqumentini irəli sürsələr də, bu, hər bir halda yalnız tibbi ekspertiza ilə təsdiqləndikdə qəbul edililməlidir.

Yuxuda gəzmə zamanı başqa şəxsə zərər vurma halını mülki hüquq sahəsi gözü ilə də qiymətləndirmək lazımdır. Məsələn, tutaq ki, somnambul şəxs kiminsə əmlakına zərər verərsə, məhkəmə bu hadisəni mülki məsuliyyət kontekstində dəyərləndirə, cavabdehə zərərçəkmişə vurduğu zərərə görə kompensasiya ödəmək öhdəliyi müəyyən edə bilər.

Bundan başqa, təcrübədə somnambulizm bəzi sığorta müqavilələrində "istisna hallar" sırasına daxil edilir və belə vəziyyətlərdə kompensasiya verilməməsi nəzərdə tutulur.

Yuxuda gəzmə ailə hüququ sahəsində də müəyyən məsələlərə təsir edə bilir. Belə ki, somnambulizmi olan şəxslər bəzən boşanma və qəyyumluq işlərində əsas arqument kimi  istifadə edilə bilər. Məsələn, bir valideynin somnambul olduğu üçün uşağın təhlükəsizliyini təmin edə bilmədiyini iddia predmetinə daxil edilə bilər.

Beləliklə, sonda deyə bilərik ki, somnambulizm və hüquq arasındakı sərhəd incə və mürəkkəbdir. Hüquq sistemi üçün əsas problem ondan ibarətdir ki, cinayət məsuliyyəti üçün iradə və niyyət əsas amillərdən biridir. Lakin yuxuda gəzən şəxslər hərəkətlərini şüurlu şəkildə idarə etmədiklərindən, onların məsuliyyətini müəyyən etmək hüquq qarşısında ciddi suallar yaradır.

Belə olduqda isə bu hüquqi dilemma cəmiyyət üçün vacib bir məsələni gündəmə gətirir: Hüquq sistemləri iradəsiz hərəkətləri necə qiymətləndirməlidir? Cinayət yalnız niyyətə əsaslanır, yoxsa nəticələr daha önəmlidir? Hesab edirik ki, texnologiyanın və tibbi biliklərin inkişafı ilə gələcəkdə somnambulizmin hüquqi aspektləri daha  dərindən araşdırılmalı və qanunvericilikdə bu kimi hallar üçün daha dəqiq mexanizmlər yaradılmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri