Icma.az
close
up
RU
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq YENİ KƏŞF

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq YENİ KƏŞF

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın “REMSpace” texnologiya startapı, aydın yuxu vasitəsilə iki nəfər arasında ünsiyyət qurmağın mümkünlüyünü iddia edir. Şirkət bu nailiyyəti başa bərkidilən və WiFi vasitəsilə serverə qoşulan xüsusi cihazın köməyi ilə həyata keçirdiklərini bildirib.

Modern.az “euronews.com” saytına istinadla xəbər verir ki, təcrübə zamanı hər iki iştirakçı aydın yuxu vəziyyətində olub. Şirkətin məlumatına görə, cihaz vasitəsilə iştirakçıların beyin dalğaları və ürək döyüntüləri izlənilib. Əvvəlcə aydın yuxuya girən iştirakçıya gizli bir söz çatdırılıb. Daha sonra bu mesaj, ikinci iştirakçı aydın yuxu vəziyyətinə keçdikdə ona ötürülüb. Təcrübənin nəticələrinə əsasən, ikinci iştirakçı yuxu vəziyyətində aldığı mesajı ayıldıqdan sonra düzgün şəkildə təkrar edib.

“REMSpace” bu nailiyyəti “ilk yuxu söhbəti” adlandırır. Lakin eksperimentin nəticələri hələ tanınmış elmi jurnalda dərc olunmayıb. Bu da müstəqil tədqiqatçılar tərəfindən nəticələrin təsdiqlənmədiyini göstərir. Şirkət, təqdim edilən məqalənin yaxın iki-altı ay ərzində nəşr olunacağını qeyd edib.

“REMSpace”in baş direktoru Maykl Raduqa bu texnologiyanın elm dünyasında inqilabi bir dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yuxuya nəzarət süni intellektdən sonra növbəti böyük sənaye sahəsi ola bilər. O, oktyabrın 8-də keçirilən ikinci təcrübənin də müvəffəqiyyətlə başa çatdığını iddia edib. M.Raduqa bildirib: “Dünən yuxularda ünsiyyət qurmaq elmi fantastika kimi görünürdü. Sabah bu texnologiya o qədər geniş yayılacaq ki, onsuz necə yaşadığımızı təsəvvür edə bilməyəcəyik”.

Bu yeni texnologiya, aydın yuxuların tədqiqində əhəmiyyətli bir mərhələ olmaqla yanaşı, elmi ictimaiyyət tərəfindən daha geniş miqyasda qiymətləndirilməsini gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri