Icma.az
close
up
RU
Yuxusuzluğun gənclərin həyatına təsiri ŞƏRH EDİLDİ

Yuxusuzluğun gənclərin həyatına təsiri ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Yuxu insan üçün sadəcə dincəlmək deyil, bədənin və beynin yenilənməsi üçün vacib prosesdir. Normal yatmayan adam həm gündəlik işində, həm də sağlamlığında ciddi problemlərlə üzləşə bilər".Bu sözləri SİA-ya açıqlamasında terapevt Pənah Pənahov deyib.

Onun sözlərinə görə,gənclər çox vaxt dərs, imtahan və sosial həyat üzündən az yatırlar: "Bunun nəticəsində diqqət zəifləyir, yaddaş pisləşir, əsəbilik və stress artır. İmmunitet də zəiflədiyi üçün belə gənclər daha tez-tez xəstələnirlər.Orta yaşlı və xroniki xəstəlikləri olan insanlarda yuxusuzluq daha təhlükəlidir: təzyiq qalxır, ürək-damar xəstəliklərinin riski artır, şəkərli diabeti olanlarda vəziyyət pisləşə bilər.Gecə növbəsində işləyənlər, sürücülər və ağır iş rejimində olan insanlarda yuxusuzluq qəzaları sayını artırır.Bəzi dərman preparatları – məsələn, antidepressantlar, antihistamin( allergiyaya qarşi), ürək üçün və astma dərmanları yuxusuzluq yarada bilər. Belə hallarda mütləq müalicə həkimi ilə məsləhətləşmək lazımdır".

Terapevt yuxusuzluğun problem kimi görünməməsini,lakin davam edəcəyi halda gələcəkdə ciddi xəstəliklərə yol aça biləcəyini deyib:"Yuxusuzluğun qarşısını almaq üçün hər gün eyni saatda yatmaq, telefondan və kompüterdən axşam az istifadə etmək, qəhvə və enerji içkilərindən uzaq durmaq lazımdır. Əgər yuxusuzluq uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri