Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

“Zaqatala qartalı”nın zirvə uçuşu

“Zaqatala qartalı”nın zirvə uçuşu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tarixi “Zəfər yürüşü”ndə - ölüm-qalım savaşında sinəsini sipər edib, canını Vətənə qurban verən igidlərimizdən biri də 2020-ci ilin bu günü Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Valeh Vahid oğlu Bədəlovdur.

Zaqatalanın Aşağı Tala kəndində dünyaya göz açan Valeh uşaqlıqdan zirəkliyi ilə seçilib. Oyunlarda, yarışlarda, hərbi hazırlıq məşğələlərində öncüllərdən olub. Doğma kənddə tam orta məktəbi bitirib. Ali təhsilini Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. 2012-ci ildə əsgərliyə yollanıb, leytenant rütbəsinə yiyələnib. 2014-cü ildə hərbi xidməti başa vurub. 2015-ci ildə yenidən ordu sıralarına qayıdıb, xüsusi təyinatlı hərbçi olmaq üçün kurs keçib.

Kursu uğurla başa vuran qəhrəmanımız 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. Növbəti ildə Türkiyədə xüsusi təyinatlı (“Komando”) kurslarında iştirak edib. Hərbi xidmətdə fərqləndiyinə görə medalla təltif olunub. Bakıda Milli Ordumuzun 100 illiyi və Bakının azad edilməsi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlişi şərəfinə keçirilən paradlarda döyüşçüləri ilə bərabər tribunanın önündən şəstlə keçib.

Sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına baş leytenant Valeh Bədəlov xoş bir müjdə kimi ürəkdən sevinib. “Torpaqlarımızı azad etmək şansı yarandı” – deyib dostlarına. XTQ-də bölük komandiri və kəşfiyyatçı olan Valeh ilk gün Murovdağ silsiləsinin azad edilməsinda böyük şücaət göstərib, daha sonra isə cənub cəbhəsində Füzuli və Hadrut istiqamətində strateji yerlərin alınmasında yaxından iştirak edib. Oktyabrın 7-də 30 yaşına 3 gün qalmış Cəbrayıl şəhərindən Füzuli istiqamətinə silahlı yürüş zamanı şəhid olub.

Təsəllimiz budur ki, ölümə elə-belə can verməyib peşəkar hərbçimiz. Gözəgörünməz kəşfiyyatçı olaraq, düşmənlərin başının üstünü qəfil kəsdirərək sonlarına çıxıb. Öldürərək ölüb. Yüzlərlə can alandan sonra canını verib Vətən yolunda.

Valeh hərbi xidmətindən danışmağı sevməzdi. Hətta Aprel döyüşlərində olduğunu da ailəsinə deməmişdi. Son gedişində də davaya yollandığını gizlədib. “Təlimə gedirəm”, - deyib. İstəməyib ki, doğmaları, əzizləri ona görə fikir eləsinlər, narahat olsunlar.

...Ömrünün son anları zirehli maşında düşmən üstünə irəliləyən zaman ermənilər onların getdiyi yolu güclü artilleriya atəşinə tutublar. Valeh yanındakı yoldaşına deyib ki, dur, keç içəri, burada mən otururam. Oturub, elə bu vaxt, qapı bağlanmamış yanına raket düşüb. Mərmi qəlpələrindən 8 nəfərlik maşında təkcə Valeh şəhid olub. Şah damarı qırılıbmış…

Atası Vahid kişi danışır ki, Valeh bu yolu seçəndə nə qədər elədimsə, inadından döndərə bilmədim. Evin tək oğlusan, harada deyirsən, iş tapaq sənə, təki gözümüzün qabağında ol. Yox ki, yox deyib hərbçi kimi Vətənə qulluğu seçdi. Axırda qəhrəman kimi köçdü işıqlı dünyadan. Bugünkü firavan həyata, Qarabağımızın azad olunub dirçəldilməsinə, ölkəmizin tərəqqisinə, qalib xalq kimi başımızı dik tutub gəzdiyimizə görə şəhidlərimizə borcluyuq. Fəxr edirəm ki, oğlum Valehin də adı onların sırasında ehtiramla çəkilir.

Tez-tez gəlib ailəsinə baş çəkən sadiq silahdaşları deyirlər ki, qrup komandiri Valeh olmasaydı, biz hamımız ölmüşdük. O gedəndən sonra qol-qanadımız qırıldı. Bizə qarşı nə qədər istiqanlı olsa da, döyüşə, sınağa qarşı bir o qədər soyuqqanlı idi. Əsgərlərə tapşırırmış ki, döyüş zamanı bir gözünüz məndə olsun. Mənə baxın, onda özünüzü itirməzsiniz. Biz dayanmamalıyıq, bu dəfə axıra qədər getməliyik.

Silahdaşlarından biri Cəbrayıl döyüşlərindən danışarkən bir epizodu belə nəql edib: “Valeh öyrəndiyi koordinatları arxaya çox dəqiq ötürürdü. Oktyabrın 3-ü o bizdən aralıda idi. Ayağa durub, qaça-qaça biz tərəfə gəlməyə başladı, erməni də görüb atırdı. Qışqırdıq ki, yerə yat, komutan! Yatmadı, elə qaçaraq yanımıza gəldi. Çatanda gördük ki, bir güllə şalvarını deşib keçib, bir güllə də kaskasına dəyib. Burnu belə qanamamışdı. Bizə göstərib dedi, baxın, biz bura canımız bahasına torpaqlarımızı almağa gəlmişik, heç nədən qorxmaq lazım deyil. Unutmayın ki, igiddən güllə qorxar”.

...Bacısı Vüsalə Bədəlova onun döyüş yoldaşlarından eşidib bildiklərini köks ötürə-ötürə, amma qürurla danışır: “Valeh və qrupu tapşırığa gedəndə günlərlə vuruşurdu. Onlar deyirlər ki, gündüz gizlənir, gecə hücum edirdik. Uşaqları elə yönləndirirdi, elə gizlədirdi heç kim tapa bilməsin. Deyirlər, Murovda vuruşanda Valehi gözlə görmək olmurdu, çox çevik hərəkətlər edirdi. Əbəs yerə qardaşıma “Zaqatala qartalı” adı verilməmişdi ki... O şəhid olanda nə edəcəyimizi bilmədik, hamımız, tabor komandirlərimiz belə ağladı. Deyirlər, şəhid olanda da dirsəklənib eləcə can verdi”.

Şəhadətindən sonra dövlətimiz tərəfindən Valehə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun haqqında bu yazını hazırlayarkən, istər-istəməz duyğularım misra-misra sıralandı:

Valehin taleyi belə gətirdi -
Göylərin parlayan ulduzu oldu.
Yarıya çatmamış yolu bitirdi,
Ömrü ömürlərin sonsuzu oldu.

Əlbəttə, Valeh kimi oğulların hekayəti bir bəndlik şeirə sığan deyil. Bu barədə romanlar, dastanlar yazılsa, yenə də azdır.

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri