Zaqatalada qazinin dağlarda ölümünün təfərrüatları məlum oldu Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Zaqatalada Vətən müahirəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təffərüatları məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə; Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.
Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.
Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb. İki övlad atası olan H. Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Yanvar 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















