Zaxarova: Tramp başa düşür ki, Rusiyadan ərazi güzəştləri tələb etmək çətindir
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ prezidenti Donald Tramp başa düşür ki, Rusiyadan Ukraynada ərazi güzəştləri tələb etmək çətin olacaq".
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bildirib ki, bu məsələdə onun mövqeyi Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun təmas xətti boyunca münaqişənin dayandırılmasının mümkünsüzlüyü ilə bağlı dediyi sözlərlə birbaşa bağlıdır.
"Bu, birbaşa ona görədir ki, Donald Tramp çətin olacağını deyib. Bu, onu göstərir ki, hamı başa düşür"-deyə, diplomat məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əvvəl Rusiya XİN rəhbəri bəyan etmişdi ki, təmas xətti boyunca Ukrayna münaqişəsinin dayandırılması qeyri-mümkündür, çünki Rusiyanın sərhədləri ölkə Konstitusiyasında təsbit olunub. Tramp da öz növbəsində qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının ərazi güzəştləri ideyasının mürəkkəbliyini anlayır və mövcud reallıqları nəzərə alır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















