Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”

“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

25 sentyabr 2026-cı il tarixində, saat 09:30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının və Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Qələbə Parkında “Zəfər tariximiz sətirlərdə” adlı tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsinə aid, eləcə də şəhid olmuş kürdəmirli həmvətənlərimizə həsr olunmuş fotoşəkillər və  şəhidlərimizin xatirəsinə həsr edilmiş kitablar sərgilənmiş və təqdim  etdirilmişdir.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı açmışdır.

 Yaqut Bahadurqızı tədbirə toplaşanlar qarşısında çıxış edərək Azərbaycan xalqının çoxəsrlik tarixində Vətən və torpaq anlayışının mühüm yer tutduğunu qeyd etdi və Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə öz əksini tapmasından bəhs etdi. O, I və II Qarabağ müharibələrinin xalqımızın yaddaşında dərin iz buraxdığını, 44 günlük Vətən müharibəsinin isə Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birinə çevrildiyini vurğuladı.

 Filial müdiri çıxışında şəhidlərimizin qəhrəmanlığının və onların əziz xatirəsinin yaşadılmasının mühüm əhəmiyyət daşıdığını vurğulamış, bu tarixi hadisələrin ədəbiyyatda, kitab və sənədlərdə əks etdirilməsinin gələcək nəsillər üçün əhəmiyyətini də qeyd etdi. O, “Zəfər tariximiz sətirlərdə” adlı vətənpərvərlik mövzusunda yazılmış və eyni zamanda şəhidlərimizə həsr olunmuş kitabların sərgilənməsi və təqdimatında öz qısa, lakin şərəfli ömürlərini vətənə fəda edən şəhidlərdən bəhs edən kitablar haqqında ziyarətçilərə geniş məlumat verdi.                          

Kürdəmirrayon Tarix-diyarşünaslıq muzeyinin direktoruı Altay İslamzadə tariximizin qızıl səhifələrini yazan qəhrəman oğullarımızın əbədi ehtirama layiq olmaları və xalqın yaddaşında əbədi yaşayacaqlarını vurğulayaraq yeniyetmələrə tövsiyələrini verdi.

Tədbirdə çıxış edən yazıçı Əlisəfa Azayev I Qarabağ və II Qarabağ müharibələrinə, Zəfər tariximizə və şəhidlərimizin həyat və döyüş yoluna həsr etdikləri əsərləri haqqında iştirakçılara məlumat verdi. Tədbirdə iştirak edən müəlliflər gəncləri maraqlandıran sualları cavablandırdılar və belə tədbirlərin   məhz Vətən müharibəsinin, şəhidlərimizin qəhrəmanlıq yolunun və Zəfər tariximizin ədəbi nümunələr və kitablar vasitəsilə təbliğinə xidmət etdiyini bildirdilər.

Tədbir iştirakçılarından  Aida Adıgözəl, Nurlan Abdullayev, Vəsilə Əsgərli, Əhsən Qaybalıyev, Gülnar Məmmədova nümayiş etdirilən kitab və fotoşəkillərlə tanış olmuş, Vətən müharibəsinin tarixi, şəhidlərimizin qəhrəmanlığı və onların xatirəsinin ədəbiyyatda yaşadılması ilə bağlı fikirlərini bölüşmüşlər.

Tədbirdə şəhid ailələri, orta ümumtəhsil məktəblərinin, məktəbəqədər müəssisələrin, idarə və müəssisələrin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

“Zəfər tariximiz sətirlərdə” adlı tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsinin tarixini, xalqımızın Zəfər salnaməsini, şəhidlərimizin qəhrəmanlıq yolunu və onların əziz xatirəsini kitablar, fotoşəkillər və ədəbi nümunələr vasitəsilə yaşatmaq, gənc nəslə çatdırmaq və milli yaddaşımızın qorunmasına töhfə vermək olmuşdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Sentyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri