Icma.az
close
up
RU
Zəfər yürüşündə atəşkəs

Zəfər yürüşündə atəşkəs

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğalçı Ermənistan məğlubiyyət yolundan geri çəkilmədi

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində jurnalistin “müharibədə atəşkəs əldə edilib Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir?” sualına cavabında deyib: “İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə – erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir”.

Dövlət başçısı daha sonra sözlərinə əlavə edərək bildirib ki, o vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim düşüncəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Fikrimcə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən kimi hər iki tərəf qısa müddətdə razılığa gələr, Qafqazda sülh bərqərar olar.

Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin ən gərgin günlərində Rusiya televiziyasına verdiyi bu müsahibə həm də beynəlxalq ictimaiyyətə bir daha aydın mesaj idi. Dövlət başçısının mövqeyi – bölgədə sülhün yeganə təminatının Ermənistanın işğal siyasətinə son qoyması, eləcə də BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası ilə mümkünlüyü – həm hüquqi, həm də siyasi baxımdan qətiyyətlə ortaya qoyuldu.

Xatırladaq ki, 1993-cü ildə qəbul edilən həmin 4 qətnamə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış mövqeyini təsdiqləyirdi. Qətnamələrdə açıq şəkildə işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi tələb olunurdu. Lakin illər boyu Ermənistan bu öhdəlikləri icra etmədi, status-kvonu qorumağa çalışaraq münaqişəni süni şəkildə uzatdı. Bu, nəinki beynəlxalq hüquqa, həm də region xalqlarının sülh və təhlükəsizlik maraqlarına zidd idi.

Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycanın mövqeyi tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanırdı. Ermənistan isə əsassız iddialar və uydurma arqumentlərlə prosesi dondurmağa səy göstərirdi. Bu isə yalnız yeni gərginliklərə yol açır, bölgəni davamlı sülhdən uzaqlaşdırırdı.

Sözügedən müsahibədə bir məqam da diqqət çəkdi. “Hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz?” sualına cavabında dövlətimizin başçısı qeyd etdi ki, bu barədə danışmaq çətindir, ona görə ki, erməni işğalçılar ayrı-ayrı zamanlarda apardıqları savaşlarda xalqımıza o qədər əzab-əziyyət veriblər, müsibətlər yaşadıblar ki, indi o vəhşilikləri bir mənzərə şəklində təsəvvür etmək çox çətindir.

Azərbaycan lideri “Pervıy Kanal”a bildirdiyi kimi, bizdə 30 ildən çox bir müddətdə sülh olmayıb. Son 20 ildən çox bir zamanda isə atəşkəs hökm sürüb. Eyni zamanda, bu atəşkəsin davamlı, möhkəm olmamasını hamı bilib. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri tərəfindən dəfələrlə bəyanatlarla çıxışlarda bu barədə danışılıb, status-kvonun qəbuledilməzliyi haqqında fikir bildirilib. Çünki bu atəşkəsin çox amanabənd olduğu, savaşın hər hansı bir vaxtda başlayacağı şübhə doğurmayıb. Bugünkü eskalasiya ilə bu, bir daha öz təsdiqini tapıb. İndi Ermənistanın təqsiri üzündən artıq müharibə başlayıb. Bundan çıxış yolu isə region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar beynəlxalq hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar.

Azərbaycan liderinin ovaxtkı bəyanatı, əslində, sülh formulunun – Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxması, ardınca danışıqların real nəticələrə gətirib çıxarması kimi konturlarını cızırdı. Bu, həm beynəlxalq ictimaiyyətin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin illərlə dilə gətirdiyi mövqeyin praktiki ifadəsi idi.

Azərbaycan haqlı və ədalətli mövqeyində sonadək israrlı oldu. Müharibənin nəticələri, ərazilərin azad edilməsi və sonrakı sülh gündəliyi Prezident İlham Əliyevin həmin müsahibədə səsləndirdiyi prinsiplərin həyati təsdiqi kimi diqqət çəkdi. Deməli, Qafqazda sülhün açarı daim beynəlxalq hüququn icrası, real faktların qəbul edilməsi və işğala son qoyulması ilə bağlı idi.

Bütün bu qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, 2020-ci ilin payızı Azərbaycan tarixinin dönüş nöqtəsi kimi yadda qaldı. Sentyabrın 27-də başlanan Vətən müharibəsi yalnız hərbi əməliyyatların deyil, həm də diplomatik, siyasi və hüquqi mübarizənin yeni mərhələsi idi. Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, dövlət başçısının qətiyyətli və prinsipial bəyanatları bu savaşın mühüm hissəsinə çevrildi. Həmin dövrdə Prezident İlham Əliyevin verdiyi müsahibələr həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya ünvanlanan açıq mesaj idi.

Yuxarıda bir daha xatırlatdığımız 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr beynəlxalq hüquq tarixi, eləcə də Azərbaycanın üzləşdiyi ədalətsizliyin aradan qaldırılması üçün mühüm önəm daşıyırdı. Həmin sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən açıq şəkildə çıxarılması tələb edilirdi. Bu qətnamələr ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təsdiqləməklə yanaşı, münaqişənin həllinin yalnız hüquqi əsaslarla mümkün ola biləcəyini göstərirdi.

Buna baxmayaraq, Ermənistan həmin illərdən başlayaraq müxtəlif siyasi oyunlarla, saxta danışıqlarla vaxt qazanmağa, mövcud vəziyyəti dondurmağa çalışdı. Müxtəlif beynəlxalq təşkilatların – ATƏT-in Minsk qrupunun, Avropa Şurasının, NATO Parlament Assambleyasının çağırışları da nəticəsiz qaldı. “Status-kvo qəbuledilməzdir” deyən dövlətlərin sözləri praktik addımlara çevrilmədi.

Prezident İlham Əliyev müsahibədə çox dəqiq vurğuladı ki, Ermənistanın mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əsaslanır. Ermənistan “öz müqəddəratını təyinetmə” anlayışını təhrif edərək, işğalı altındakı torpaqlarda qondarma rejim yaratmağa cəhd göstərir. Halbuki beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan “öz müqəddəratını təyinetmə”nin yalnız xalqların, millətlərin daxilində tətbiqi mümkündür, bu, başqa dövlətin ərazi bütövlüyünün pozulmasına əsas vermir.

İşğalçı ölkə saxta tezislərə əsaslanan siyasət yürütməklə, münaqişəni uzatmaqla yanaşı, regionu yeni müharibələrə sürükləyirdi. Ermənistan rəhbərliyi 1990-cı illərdə başladığı təcavüzkar siyasəti 2000-ci illərdə də davam etdirərək, “münaqişə dondurulub” görüntüsü yaratmağa çalışırdı. Lakin bu, Azərbaycanın milli maraqlarına və xalqımızın ədalət düşüncəsinə zidd idi. Azərbaycan tərəfi isə həmişə beynəlxalq hüquqa istinad edir, həm tarixi ədalətə, həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənirdi. Bu, ölkəmizin diplomatik xəttinin əsasını təşkil edirdi. Başqa sözlə, respublikamız münaqişənin yalnız sülh yolu ilə həllinə səy göstərir, eyni zamanda, BMT qətnamələrinin icrasının vacibliyini diqqətə çatdırırdı.

Diplomatik paralellər və müharibəyə aparan yol

Onu da deyək ki, 2020-ci ilin payızında, Vətən müharibəsi başlananda Azərbaycan diplomatik müstəvidə də fəal idi. Prezident İlham Əliyev davamlı olaraq müxtəlif beynəlxalq mediaya verdiyi müsahibələrdə beynəlxalq hüququn norma və prinsiplərinin Ermənistan tərəfindən pozulması ilə sülhün qarşısının alındığını açıq şəkildə bildirirdi. Əslində, dövlət başçısının “Pervıy Kanal”a müsahibəsində səslənən fikirləri həm də – əgər beynəlxalq hüquq işləmirsə, Azərbaycan öz gücünə ədaləti bərpa edəcək – xəbərdarlıq idi. Tarix bu mövqeyin arxasında dövlətin siyasi iradəsinin və xalqın birliyinin dayandığını sübut etdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsi ilə yekunlaşdı. BMT qətnamələrinin icrası faktiki olaraq Azərbaycanın hərbi-siyasi qələbəsi ilə gerçəkləşdi. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanat nəticəsində işğal olunmuş ərazilərin böyük qismi azad olundu. Bu, Prezident İlham Əliyevin oktyabrın 6-da “Pervıy Kanal”a səsləndirdiyi fikirlərin həyati təsdiqi idi.

Əgər Ermənistan vaxtında beynəlxalq öhdəliklərini icra etsəydi, müharibəyə ehtiyac qalmazdı. Lakin işğal siyasəti, vaxt udmaq cəhdləri regionu qanlı müharibəyə gətirib çıxardı. Azərbaycan isə haqq yolunda, beynəlxalq hüquqa söykənərək ədaləti reallaşdırdı.

Postmüharibə dövrü və gələcək sülh gündəliyi

Bu gün əsas vəzifə əldə olunmuş nəticələrin davamlı sülhə çevrilməsidir. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması regionda sülhün bərpası üçün açar idi. Bu açar artıq işə salınıb, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi məsələlərə xüsusi önəm verilir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan reallığı qəbul etməli, qonşuluq və əməkdaşlıq prinsiplərinə üstünlük verməlidir. Yalnız bu halda Qafqazda dayanıqlı sülh və təhlükəsizlik təmin edilə bilər.

Dövlətimizin başçısının 2020-ci il bəyanatları bir daha sübut etdi ki, beynəlxalq hüquq normaları kağız üzərində qalanda yeni münaqişələrə yol açır. Azərbaycan öz gücünə və iradəsinə arxalanaraq ədaləti bərpa etdi, qətnamələrin icrasını reallığa çevirdi. Bu gün regionda uzunmüddətli sülhün açarı Ermənistanın yeni reallığı qəbul etməsindən, beynəlxalq hüquqa hörmətlə yanaşmasından keçir. Azərbaycan isə artıq sübut edib ki, həm hüquqi, həm siyasi, həm də hərbi müstəvidə haqq işini qorumağa qadirdir. İndi əsas vəzifə həmin nəticələrin davamlı sülh və rifaha çevrilməsi, Cənubi Qafqazın inkişafına xidmət etməsidir.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see231

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see138

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see133

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see131

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see130

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri