Icma.az
close
up
RU
Zəhərlənməyə səbəb olan turşular: Nəyə diqqət etməliyik?

Zəhərlənməyə səbəb olan turşular: Nəyə diqqət etməliyik?

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Son günlərdə turşu məhsulları ilə bağlı təhlükəli hallar artmaqdadır. Xüsusilə ev şəraitində hazırlanmış və düzgün saxlanmayan turşular zəhərlənmə riski yaradır. Yaxın günlərdə Tovuzda üç azyaşlının badımcan turşusundan zəhərlənməsi yenidən diqqət çəkib.

Məsələ ilə bağlı Tribunainfo.az-a qida məsələləri üzrə mütəxəssis-ekspert Ağa Salamov vəziyyətin səbəblərini və istehlakçılara vacib tövsiyələrini açıqlayıb.

A. Salamovun sözlərinə görə, ümumiyyətlə turşuların texnologiyasında sterilizasiya deyilən anlayış var. Bura qədər də müəyyən etaplar var. Turşular da bir qida zənciridir və düzgün şərtlər altında tarladan süfrəyə qət edən bir yoldur ki, vacib şərtlərə əməl edilməlidir.

“Ümumiyyətlə, turşuya qoyulan istənilən meyvə-tərəvəz çatlamış, əzilmiş, deformasiya olunmuş ərzaq olmamalıdır. Ən vacib məqamlardan biri isə bu ərzaqlar turşuya qoyulmamışdan öncə sterilizasiya olunmalıdır. Yaxşıca yuyulub təmizlənməli, üzərindən qaynar su keçirilməlidir. Bundan əlavə, yuyularkən, torpaqdan yaxşıca təmizlənməlidir. Çünki insanlara zərər verən botulizm bakteriyasıdır. Bu bakteriya torpaqda yaşayır.
Eyni zamanda, balon, onun qapaqları da qaynar su ilə sterilizasiya edilməlidir. Çünki qablarda da elə bakteriyalar var ki, ancaq 100 dərəcədə ölür. Söhbət təbii ki, sənayedən yox, ev şəraitində qoyulan turşulardan gedir. Ən çox da zəhərlənmə olayı ev şəraitində hazırlanan turşular səbəbindən baş verir. Həmçinin bu etaplardan sonra qapaq da düzgün bağlanmalı, hava buraxan yeri olmamalıdır. Bankların içinə qəti çiy su getməməlidir. Çünki bu zaman da çiy suda olan bakteriyalardan zərər görmək mümkündür. İstehlakçıların bəziləri də səhlənkardır. Qapaq şişdiyi halda belə, turşunu istifadə edirlər. Doğru bilinən yalnışlardan biri də budur. Turşuların 4-8 dərəcədə mühafizə olunması daha məqsədəuyğundur. Ağzı açıldıqdan sonra müsbət 4 və 8 dərəcədə saxlamaq olar.

Sirkə və satışda olan “iksus”a toxunan ekspert bildirib:

“Sirkələrin dozası düzgün olmalıdır. Sirkə az olanda botulizm çoxalır, çox olanda da zərərlidir. Normativlərə əsasən etmək lazımdır. Doza həddini aşmaq olmaz. Duz bakteriyaların çoxalmasının qarşısını alır. Duz və sirkə az olarsa, botulin bakteriyasının həmin mühitdə çoxalmasına da şərait yaradır. Germetikliyi pozulmuş turşular qalır, xarab olur. Yeyildikdə, botulizm öz sözünü deyir. Əslində, duz və sirkə normal dozada ona görə sirkəyə əlavə olunur ki, botulizm və digər bakteriyaların qarşısını alsın və uzun müddət, qışa qədər istehlak üçün saxlasın.
Vətəndaşlar, xüsusən rayon yerlərində yaşayan insanlar göbələklə solğun əzvayı, solğun əzvayla şanpinyonu səhv salırlar. Solğun əzvaydan turşu hazırlamaq olmaz. Solğun əzvaydan zəhərlənmələr çox olub. “İksus” dediyimiz sirkə, sənayelərdə hazırlanır və tərkibində kimyəvi-sintetik maddələr olur. Bu sirkə də turşuda normadan artıq olarsa, kimyəvi zəhərlənməyə səbəb olur. O mədəni deşir. Belə bir deyim var: “şərab sirkəyə sual verir ki, məni 1 stəkan içəndə ölmürlər, amma səni içəndə ölürlər. Sirkə cavab verir ki, məni hələ bir stəkan içən olmayıb”. Ona görə də sirkəni 1 stəkan içmək mümkün deyil. Çünki turşuluq yüksək olur və mədəni deşə bilər. “iksus”un tərkibi kimyəvi olduğuna görə ev sirkəsindən daha təhlükəli hesab olunur. Amma sirkə də günahsız deyil”.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri