Zəka Mirzəyevdən XƏBƏRDARLIQ “Bu şəxslərə güvənməyin”
Icma.az, Bizim media saytına istinadən bildirir.
"Hansısa üçüncü şəxslər, özlərini “vasitəçi” adlandırılanlar vətəndaşların etibarından sui-istifadə edə bilərlər. Bunun üçün vətəndaşlara yaxınlaşıb ünvanlı dövlət sosial yardım və ya əmək pensiyalarının təyinatı ilə vəd verə bilərlər".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında deyib.
O, vətəndaşları ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı vasitəçilik etmək istəyənlərə güvənməsinlər:
"Vətəndaşlar belə hallarla rastlaşdıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, DOST mərkəzlərinə müraciət etsinlər. Bu sistem elə qurulub ki, bura hər hansı məmur müdaxiləsi mümkün deyil".
Sədrin sözlərinə görə, DSMF-nin fəaliyyətində şəffaflıq tam təmin edilib:
"DSMF-nin sistemində belə hala rast gəlinmir. Biz rəqəmsallaşma tədbirlərini genişləndirməklə, kadr potensialını artırmaqla, sağlamlaşdırmaqla bu halların qarşısını illərdir almışıq".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
Baxış sayı:43
Bu xəbər 15 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















