Icma.az
close
up
RU
Zelenski Fyodorov Sırski qarşıdurmasına ilk dəfə münasibət bildirdi

Zelenski Fyodorov Sırski qarşıdurmasına ilk dəfə münasibət bildirdi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorovun vəzifədən getməsinə və onunla  Silahlı Qüvvələrin keçmiş Baş komandanı Aleksandr Sırski arasında olan fikir ayrılığına münasibət bildirib.

Modern.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.

O bildirib ki, həm Fyodorova, həm də Sırskiyə hörmətlə yanaşır. Prezident vurğulayıb ki, müharibə dövründə mühüm hərbi əməliyyatlar bir nəfərin işi deyil, xüsusi xidmət orqanları, kəşfiyyat bölmələri və cəbhədə döyüşən hərbçilərin birgə fəaliyyətinin nəticəsidir.

"Bu müharibədə əsas məsələ əsgərdir. Ən vacib olan döyüşçü və onun təhlükəsizliyidir", – deyə Zelenski qeyd edib.

Jurnalistin Fyodorovun yenidən müdafiə naziri vəzifəsinə qaytarılıb-qaytarılmayacağı ilə bağlı sualını birbaşa cavablandırmayan Zelenski bildirib ki, şəxsi mübahisələrin ölkənin hərbi strategiyasına təsir göstərməsinə imkan verə bilməz.

"Bir tərəfi, sonra digər tərəfi dinləməyə vaxtım yoxdur. Onlar hər gün deyil, hər saat bir araya gəlib işləməlidirlər. Mənim üçün əsas məsələ səmanın qorunmasıdır. Kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq prioritet deyil", – Ukrayna lideri deyib.

Zelenskinin sözlərinə görə, son aylarda Ukrayna ordusunun Baş Qərargahı ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq və dialoq sahəsində ciddi problemlər yaranıb.

Prezident vurğulayıb ki, Müdafiə Nazirliyi ilə ordunun rəhbərliyi yalnız sıx əməkdaşlıq şəraitində effektiv fəaliyyət göstərə bilər:

"Bəzi məsələləri yalnız nazirlik və ordu birlikdə həll edə bilər. Bu proses birtərəfli idarə oluna bilməz. Mənə bu iki qurum arasında tam həmrəylik lazımdır".

Qeyd edək ki, daha əvvəl Mixail Fyodorov yalnız müdafiə naziri postuna qayıtmağa razı olacağını açıqlamışdı. O bildirmişdi ki, onun üçün əsas məsələ vəzifə və ya status deyil, Ukraynanın qələbəsinə real töhfə vermək imkanının olmasıdır.

Bloomberg isə yazmışdı ki, Ukraynanın Rusiyaya qarşı üstünlük qazanması üçün Sırski və Fyodorov əməkdaşlıq etməlidirlər. Nəşrin məlumatına görə, Fyodorov hesab edir ki, Sırski asimmetrik müharibə taktikasını qəbul etmir və bu yanaşma olmadan Ukraynanın uğur qazanması çətin olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri