Zelenski Münxenə yollandı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna liderinin konfrans çərçivəsində bir sıra mühüm görüşləri və çıxışı nəzərdə tutulub.
Zelenski səfəri zamanı tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirələr aparacağını, həmçinin Almaniya ilə birgə ilk dron istehsalı müəssisəsinin açılışını reallaşdıracağını bildirib.
Prezidentin mətbuat katibi Sergey Nikiforov dövlət başçısının forumda NATO-nun baş katibi Mark Rutte və digər rəsmi şəxslərlə görüşəcəyini qeyd edib. Axşam saatlarında isə Ukrayna liderinin ABŞ Dövlət katibi Marko Rubio ilə bir araya gələcəyi gözlənilir.
“Politico” nəşri isə vurğulayır ki, Zelenski konfransdakı çıxışında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini əsas prioritet kimi təqdim edəcək. O, həmçinin fransalı həmkarı Emmanuel Makronla görüşündə silah təchizatının artırılması məsələsində israrını davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















