Zelenski Rusiyanın 95 fiziki və 70 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski əksəriyyəti Rusiya vətəndaşları və rezidentləri olan 95 fiziki, 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Telegram" kanalı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkət və rəhbərlərinə, xüsusilə rabitə, radioelektron mübarizə, mikroelektronika, eləcə də kimya, metallurgiya, mədənçıxarma və yanacaq-energetika sənayesi sahələrində fəaliyyət göstərən qurumlara şamil olunur.
"Bu sanksiyaların məqsədi Rusiyanın hərbi sənaye kompleksinin fəaliyyətini çətinləşdirmək və Ukraynaya qarşı müharibə üçün silah istehsalını məhdudlaşdırmaqdır", – məlumatda deyilir.
Ukrayna, eyni zamanda, tərəfdaşları ilə məhdudiyyətlərin sinxronlaşdırılması üzərində işləyir. Bu məhdudiyyətlərin bir hissəsi Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















