Zelenskinin Moskva ilə bağlı açıqlaması narazılıq yaratdı
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, “Arti Qrin” təxəllüsü ilə tanınan Yevgeni Bekrenev Finlandiyanın keçmiş Prezidenti Karl Qustaf Mannerheim ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında müqayisə aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Bekrenev “Politeka” Yutub kanalında çıxışı zamanı bildirib. O qeyd edib ki, Zelenskiyə əks olaraq Mannerheim sülh üçün Moskvaya getməkdən çəkinməzdi:
“Ən azından o, belə cəfəngiyyat danışmazdı. Zelenskinin ritorikası göstərir ki, o, hər şeydən razıdır, gəlin döyüşü davam etdirək”, – deyə ukraynalı hərbçi vurğulayıb.
Bekrenev həmçinin Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə “Moskvaya yox, Kiyevə gəl” çağırışını sərt tənqid edib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin sülh barədə dedikləri açıq-aşkar yalandır.
Hərbçi əlavə edib ki, Ukraynadakı müharibə yalnız iki yolla bitə bilər. Ya Kiyevin məğlubiyyəti, ya da kompromis üsulla.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Sentyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















