Icma.az
close
up
RU
Azərbaycan böyük davanın mərkəzindədir Zəlimxan Məmmədli yazır

Azərbaycan böyük davanın mərkəzindədir Zəlimxan Məmmədli yazır

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan istiqlalını bərpa edəndən sonra böyük, çətin yol qət edib. Bu vaxtlarda ümidlərin puç olan anları da, uğurlar da olub. Demokratiyaya və demokratik dünya deyilən məkana inteqrasiya bu dönəm üçün ümidi doğrultmadı. Standartlar ikiləşdi, ümumbəşəri dəyər konyuktur maraqlara qurban verildi. Etnik, dini kimliyə dözümsüzlük nişanələri Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan qaldırılan 44 günlük Vətən savaşı və daha sonra bir sutkalıq antiterror əməliyyatında daha qabarıq özünü büruzə verməyə başladı.

Anlaşılan o oldu ki, ideal kimi ümid etdiyimiz qurum və birliklər öz maraqlarının, öz həqiqətlərinin peşindədirlər. Bu reallıqda Azərbaycan öz həqiqətləri, milli idealları uğrunda açıq, bəzən də qapalı savaşa start verdi. Milli ideallarımız və ya bizim həqiqətlər hansılardır.

Qüzey Azərbaycanını suverenliyinin təmininə nail olmaq, bölgəni separatçılarsız bölgəyə çevirmək. Bu hədəfə çatmışıq, son tamamlama işlərinin də uğurla sonuclanacağına inanırıq. Bu istiqamətdə çalışmalıyıq. Bütövlük idealı, birləşmək həqiqətimizə proses olaraq başlamışıq. Bir zamanlar bi=u idealı irili-xırdalı əksər toplantılarda bizlər dilə gətirir, bu istiqamətdə basqılara məruz qala-qala tədbirlər təşkil edirdiksə, şükürlər olsun bu gün Prezidentdən tutmuş əksəriyyət bu idealın milli yol xəritələrimizdən vacibi siyahısında görürlər. İran Prezidentinin Bakı səfəri, səfər vaxtı bir sıra pozitiv mesajların verilməsi, daha sonra İsrail Baş Naziri Netanyahunun və Türkiyə Cumhuriyyəti prezidenti R.T.Ərdoğanın Azərbaycana səfərlərinin gözlənilməsi ciddi hadisələrdir. Bakı siyasi episentrə çevrilməkdədir. Bu səfərlər Azərbaycanın əhəmiyyətini nümayiş etdirməklə, milli ideallarımzın reallaşmasına imkanlar yaratmaqdadır. Türk Dünyasının birliyi idealı masa üzərindədir. Türk Dövlətlər Təşkiları uzun bir məsafə qət edə bilib, türk ulusunu bu ideala ruhən hazırlamışdır. Təbii ki, maneələr olacaq, Avropa birliyinin həqiqətləri ilə Türk dünyasının həqiqətləri fərqli hədəfli olması ucbatından ikincilər, o cümlədən Mərkəzi Asiyanın spesifik problemləri bu birliyə əngəl olmağa çalışacaqlar. TDT-nın üzvü olan Qazaxstanın, Qırğızıstanın, Türkmənistanı vö Özbəkistanın Güney Kiprlər bağlı mövqeləri ümumtürk birliyini sarsıdacaq gücdə olmayan addımlar deyil. Zaman da sübut edəcək ki, hətta Avropa İttifaqı ilə imzalanan anlaşma Türk birliyinə əlavə dividentlər gətirəcək. Növbəti milli idealımız Qafqazın bütövlüyü olmalıdır. Bir zamanlar Tbilisi siyai mərkəz idisə bu gün Bakı bu missiyaya iddialı görünür. Erməni separatizminin kökünün kəsilməsi Bakıya cazibə qüvvəsini artırmışdır. Ermənistanla hələlik konflikt mühitində olsaq da, obrazlı desək bu gün-sabah anlaşmamız, əbədi sabitlik öhdəliklərini özündə ehtiva edən tərəfdaşlıq sazişləri bağlayacaq, konflikti əməkdaşlıqla əvəzləyəcəyik. Qafqazın bütövlüyü hər üç dövlıətin milli maraqlarına uyğundur. Bu birlik heç bir üçüncü qüvvənin nə zamansa konflikt yaratmak istəyinin reallaşmasını əngəlləyəc, nəhayət ermən də anlayacaq ki, onun bunun əlində alət olmaq imperia, sömürgəçi mərkəzlərə fayda verəcək. Əzilən, döyülən, inkişafdan ləngidilən Ermənistan olacaq. Şükürlər olsun ki, Ermənistana bu acı reallığı dərk edənlərin sayı durmadan atrmaqdadır.

Azərbaycanı Ermənistan və Gürcüstanla, o cümlədən Türkiyə və Acropa ilı bağlayan kommunikasiya imkanları reallaşdıqca hər üç dövlətdə və bütövlükdə regionda sosial rifah, siyasi, hərbi sabitlik hakim olacaq. Fikrimcə bu idealımızın gündəmə gəlməsinə ağız büzənlər də tapıla bilər. Amma doğrunu görmək, ona sahiblənmək bizim milli görəv olacaqdır. Hətta gələcəkdə hər iki qonşu dövlətin təhlükəsizliyinə qarant olan sağlam gücə malik 50 milyonluq dövlətə çevriləcəyimiz şübhəsizdir.

Azərbaycanın yolu çox aydın, çətin və şərəfli yoldur. Müttəfiqlərimizlə münasibətdə onların hər birinə yalnız mənfəət vəd edən milli yolumuza daha çox dəstək qazanmaq milli görəvimiz olmalıdır. Ölkəmizin siyasi-ideoloji fərqliliyindən asılı olmayaraq əksər potensialından milli və dövlət maraqlarımız naminə istifadə olunmalıdır. Sosial siyasəti pozitiv istiqamətdə inkişaf etdirməli, siyasi sistemimizin modernləşməsi istiqamətində, siyasi, iqtisadi amnistiyalarla ölkəmizin cazibə qüvvəsini daha da artırmalıyıq.

Azərbaycan böyük davanın mərkəzindədir. Bir şey unudulmamalıdır ki, dünyada dəyərlər sistemi ciddiliyi ilə zədələnmişdir. Döyüş bizlərə asan gəlməsin. Bizə iştahla qıcanan dişlərin olduğunu qəti unutmamalıyıq. Hər an ən çətin savaşa hazır olmalıyıq.

Zəlimxan Məmmədli

Politoloq, DAK İH-nin üzvü

01 may 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 May 2025 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri