Icma.az
close
up
RU
Zəlimxan Yaqubun ev muzeyinin təməli qoyulub

Zəlimxan Yaqubun ev muzeyinin təməli qoyulub

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi – Qeyd) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ata ocağında onun ev-muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, təməlqoyma mərasimində çıxış edənlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində "Poeziya Evi"nin yaradılmasını arzulayırdı.

Qeyd olunub ki, gələcəkdə ev-muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək. Burada böyük şairin həyat yolu, yaradıcılığı və zəngin ədəbi irsi nümayiş etdiriləcək, müxtəlif ədəbi tədbirlər, görüşlər və yubiley mərasimləri keçiriləcək.

Tədbirdə iştirak edən Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Zəlimxan Yaqubun ev-muzeyinin yaradılması böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şair Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, Azərbaycan-Gürcüstan dostluğunun da simvollarından biridir.

"Bu gün burada, Kvemo-Bolnisidə çox əlamətdar bir gündür. Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyuldu. Bu iş üçün kənd sakinləri, bolnisililər və çoxlu sayda insan böyük zəhmət çəkib".

L.Mamaladze əmin olduğunu bildirib ki, Gürcüstan dövləti də bu layihəyə layiqli qiymət verəcək və ev-muzeyi istifadəyə verildikdən sonra ona dəstək göstərəcək: "Biz Zəlimxan Yaqubla fəxr edirik. O, Azərbaycanın böyük ictimai xadimi, xalq şairidir və eyni zamanda Gürcüstanın yetirməsidir. Bizim üçün böyük qürur mənbəyidir ki, Gürcüstandan çıxmış, Azərbaycan-Gürcüstan dostluğunun rəmzinə çevrilmiş belə bir insanın ev-muzeyinin təməli bu gün qoyuldu".

Qeyd edək ki, Zəlimxan Yaqubun ev-muzeyi gələcəkdə həm şairin irsinin təbliğinə, həm də Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin daha da inkişafına xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyul 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri