Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılmasında hansı ölkələrin maraqları birləşir? Politoloq açıqladı

Zəngəzur dəhlizinin açılmasında hansı ölkələrin maraqları birləşir? Politoloq açıqladı

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zəngəzur dəhlizinin açılması regiona canlanma gətirəcək. Fəal inteqrasiya dövrünə aid əsas proqramlardan biri də yeni dəhlizlər, yeni keçidlər, yeni kommunikasiyaların inşa edilib istifadəyə verilməsidir. Ermənistan yeganə dövlətdir ki, bu prosesdə astagəl davranır. Ona havadarlıq edən İran da eyni siyasəti yürüdür. Belə layihələrdən qorxmaq yox,  hərəkət etmək lazımdır. Üçtərəfli bəyannamədə də bu məsələ xüsusilə diqqətə gətirilmişdi. Dəhliz mütləq açılmalıdır. Ermənistan hərbi məğlubiyyətindən sonra çalışır ki, iqtisadi zəmində problemlər yaratsın. Ermənilərin fikrincə, guya Çin Xalq Respublikası da dəhlizə zidd mövqedədir”. 
Bu sözləri Demokrat.az-a politoloq Tofiq Abbasov deyib:



 

“Çin sadəcə şaxələnmənin tərəfdarı deyil. Bunu Çin gizlətmir. Çinə həm də Gürcüstanın Qara Dəniz sahilində tikilən dərin limanı maraqlıdır. Çünki bu liman böyük intevsivlik gətirəcək. Çin malları Uzaq Şərqdən dinamik şəkildə Avropaya nəql ediləcək. Bu variantlardan biridir. Zəngəzur dəhlizi isə transkantinental dəhlizdir. Azərbaycan Bakı-Tiblisi-Qars dəmiryolunu inşa edərkən bölgədə canlanma olacağını, Ermənistanla qonşuluq siyasətinə keçəcəyini nəzərdə tuturdu. Onlar hələ də bunu etmir”. 
Politoloq bildirib ki, Ermənistanın qayəsi ondan ibarətdir ki,  bölgədə “tormoz” rolunu oynasın:
 “Bu müvəqqəti çətinlikdir. Ermənistan istəsə də, istəməsə də bu prosesdə iştirak etməyə vadar ediləcək. Azərbaycan bu barədə sıxıntı yaşamır. Bizim İran variantımız var. Biz boş yerə İranla saziş bağlamamışıq. Həmin ərazi Zəngəzur dəhlizinin alternativi belə yox, şaxəsidir. Heç bir çətinlik çəkmədən daşımaları İran vasitəsi ilə də edəcəyik. İtirən Ermənistan olacaq. Ermənistan öz xeyrindən belə əl çəkməyə razıdır. Təki Azərbaycan və Türkiyə üçün problem yaratsın. Bölgədə Rusiyanın da marağı var. Görürük ki, Rusiya ilə İran arasında dəhlizlə bağlı çəkişmələr var. Hər bir dövlətin məsələyə fərqli baxışı var. Bizim baxışımız şəffadır. Biz postmüharibə dövründə insanlar üçün yeni imkanlar yaratmağa çalışırıq”. 
Əfsanə Kamal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri