Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? Son görüntülər VİDEO

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? Son görüntülər VİDEO

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə bir sıra layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi yekunlaşmaq üzrədir. Bu layihə təkcə ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından deyil, həm də regionun iqtisadi və tranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Redaktor.az xəbər verir ki, bu dəmir yolu layihəsi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının formalaşmasında vacib rol oynayacaq. Layihənin tamamlanması ilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranacaq.

Zəngilana səyahət edən nəqliyyat eksperti, avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi hesab edilən dəmir yolu xəttində görülən son işlərlə tanış olub. O bildirib ki, artıq Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85, tikinti-quraşdırma işlərinin isə 73%-i yerinə yetirilib.

“Horadiz–Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə uzunluğu isə 140,6 km-dir. Layihə çərçivəsində xətt üzrə 8 stansiyanın (Yuxarı mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) inşası planlaşdırılır. Horadiz stansiyası mövcuddur. Bundan başqa, 600-ə yaxın süni mühəndis qurğusu, o cümlədən körpü, tunel, qalereya və müxtəlif keçidlərin tikintisi aparılır. İnşa edilən körpülərdən biri 771 metr uzunluğa və 20 aşırıma malik olmaqla Azərbaycanda ən uzun dəmir yolu körpüsüdür. Dəmir yolunun üçüncü mərhələsi üzrə 3 tunel inşa edilir. Onlardan biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir və uzunluğu 677 metrdir. 1071 metr uzunluğu olan digər tunel isə ölkənin ən uzun dəmir yolu tunelidir. Tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq standartlarr tətbiq olunur.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi işləri davam etdirilir. Eyni zamanda, dəmir yolu xəttinin 72–82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 km, yan yollarla birlikdə isə 87 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 77–106 km aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Horadiz, Yuxarı Mərcanlı və Şükürbəyli dəmir yolu stansiyalarını da əhatə edən xəttin 0–30 km hissəsi (1-ci mərhələ) üzrə tikinti işlərinin 89%-i (o cümlədən 13 körpü, 4 heyvan keçidi) başa çatıb. Soltanlı, Qumlaq, Həkəri və Mincivan dəmir yolu stansiyalarını da əhatə edən xəttin 30–85 km hissəsi (2-ci mərhələ) üzrə inşaat işlərinin 80%-i (o cümlədən 22 körpü, 5 yolötürücü və üst keçid, 5 alt keçid, 373 m uzunluğunda 1 tunel, 1 qalereya) yerinə yetirilib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin 3-cü mərhələsi Mincivan, Bartaz və Ağbənd dəmir yolu stansiyalarını da daxil olmaqla 85–110 km hissəni əhatə edir. Burada tikinti işlərinin 53%-i (o cümlədən 5 körpü, 2 alt keçid, 2 tunel) yerinə yetirilib. Hazırda 1 ədəd tunelin və 2 ədəd qalereyanın tikinti-quraşdırma işləri davam etdirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri