Icma.az
close
up
RU
Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur MÜSAHİBƏ

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 may, Təhminə Verdiyeva, AZƏRTAC

Hər bir xalqın sabahı, onun bugünkü gənclərinin düşüncəsində, əzmində və fəaliyyətində gizlidir. Vətən sevgisi ilə yoğrulmuş bir gəncin atdığı hər addım, etdiyi hər fədakarlıq gələcəyin möhkəm təməl daşına çevrilir. Belə gənclər yalnız öz maraqları üçün deyil, bütöv bir xalqın taleyi, yurdun inkişafı və dirçəlişi naminə düşünür, çalışır, yaratmağa can atırlar. Onlar müasir dövrün çağırışlarına cavab verə bilən, milli-mənəvi dəyərləri qlobal baxışla sintez edən, yaradıcı düşüncəyə və dərin vətənpərvərlik ruhuna sahib nəsildir. Bu xüsusiyyətlərin ən parlaq təcəssümlərindən biri də Türkan Muradzadədir — düşünən, yaradan, dəyər verən və bu dəyəri yaşadan bir Azərbaycan gənci. AZƏRTAC dəyər yaradan, onu yaşadan və gələcəyin qurucusu olaraq bu günün zəfər yolunu əminliklə addımlayan istedadlı Türkan Muradzadə ilə müsahibəni təqdim edir.

“Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupunun üzvüsünüz. Bu yolçuluq sizin üçün nə deməkdir?

- İlk olaraq qeyd edim ki, ADA Universitetində dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr təhsili almışam. “Özümə dəyər qatmaq və dəyər yaratmaq” prinsipi daim fəaliyyətimin və şəxsi inkişafımın əsasını təşkil edib. “Qayıdış Könüllüləri” Proqramının Zəngilan könüllüsü olmaq mənim üçün sadəcə bir könüllülük fəaliyyəti deyil, dərin mənəvi məna daşıyan, həm də peşəkar inkişafımda əsaslı bilik və bacarıqlar qazandıran mühüm bir mərhələdir. Bu çərçivədə azad Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü Beynəlxalq Minatəmizləmə Konfransının, 2-ci Milli Şəhərsalma Forumu və Dünya Məskunlaşma Günü ilə bağlı mötəbər tədbirlərin, həmçinin orada məskunlaşan uşaq, yeniyetmə və gənclər üçün keçirilən müxtəlif maraqlı fəaliyyətlərin təşkilində fəal könüllü dəstəyi göstərmişəm. Bununla yanaşı, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən işğaldan azad edilmiş ərazilərdən olan gənclər üçün həyata keçirilmiş “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsində və “BİL – Bacarıqların İnkişafı Layihəsi” çərçivəsində təşkil olunmuş bir sıra təlimləri müvəffəqiyyətlə başa vurmuşam. Bu təlimlər mənə həm fərdi, həm də peşəkar baxımdan çox şey qazandırıb. Zəngilan könüllüsü olmaq həm də mənəvi bir öhdəlik deməkdir — qayıdışın, yenidənqurmanın və gələcəyə ümidin təcəssümüdür bu yolçuluq. Bu yolun davamı olaraq, “Böyük Qayıdış” Gənclər Təşkilatında göstərdiyim dəyəryönümlü fəaliyyətlər nəticəsində təşkilatda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışma fürsəti əldə etmişəm. Bu, mənim üçün yalnız bir vəzifə deyil, eyni zamanda, üzərimə düşən ictimai məsuliyyətin göstəricisidir.

COP29 kimi qlobal miqyaslı bir tədbirdə PR sahəsində fəaliyyət göstərmək gənc bir mütəxəssis kimi sizə hansı çətinlikləri yaşatdı və nə kimi fürsətləri təqdim etdi?

- COP29-da iştirak etmək mənim üçün karyeramda önəmli bir mərhələ oldu. Belə böyük və beynəlxalq səviyyəli tədbirin kommunikasiya prosesində yer almaq həm məsuliyyətli, həm də öyrədici bir təcrübə idi. Qısa müddətdə çoxşaxəli məlumatları uyğun auditoriyalara çatdırmaq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. COP29 peşəkar bacarıqlarımı inkişaf etdirmək üçün unikal bir platforma idi. Bu səylərimin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il noyabrın 11–22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) fəal iştirak etdiyimə görə “Təşəkkürnamə” ilə təltif olunmağım mənim üçün böyük bir qürur və motivasiya mənbəyi oldu.

Könüllü fəaliyyətləriniz zamanı ən çox yadda qalan, sizi ruhlandıran və ya dəyişdirən bir anı bölüşə bilərsinizmi?

- Qayıdış könüllüsü kimi “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən intellektual oyunlar, yaradıcı master-klasslar və icma quruculuğuna yönəlmiş layihələrdə fəal şəkildə iştirak etmək mənim üçün ən yaddaqalan və dəyərli xatirələrlə dolu anlar idi. Bu fəaliyyətlər gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və birgə fəaliyyət ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Zəngilan rayonunun Ağalı kəndində keçirilən tədbirlər zamanı gənclərlə birlikdə keçirdiyimiz vaxt, onların yaradıcı və intellektual potensialını üzə çıxarmağa yönəlmiş təşəbbüslərdə iştirak etmək dəyər yaratmaq üçün unikal fürsət olub. Hər bir oyun, təlim və interaktiv fəaliyyət, iştirakçıların yalnız fərdi inkişafına deyil, eyni zamanda, sosial inteqrasiyasına və icma daxilində daha aktiv rol almalarına şərait yaradıb. Bu təşəbbüslərdə yer almaq, gələcəyin qurucuları olan gənclərə dəstək vermək və onların yanında olmaq mənə böyük qurur hissi yaşadıb. Xüsusilə, səfərlərimizin birində məktəbdə şagirdlərlə görüşümüz zamanı onların gözlərindəki sevinc, ümid və bizimlə qurduqları ünsiyyət mənim üçün çox dəyərli idi. Hiss etdim ki, bir söz belə kiminsə gələcəyinə təsir edə bilər. Bu an mənə könüllülüyün əsl dəyərini – təsiryaratma gücünü bir daha xatırlatdı.

Beynəlxalq və yerli tədbirlərdə iştirak etmisiniz. Azərbaycan gənclərinin beynəlxalq platformalarda iştirakı ilə bağlı fikirlərinizi bilmək istərdik…

- Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub və bu sahədə ardıcıl, sistemli islahatlar həyata keçirilir. Bu xüsusda, Azərbaycan gənclərinin beynəlxalq platformalarda daha güclü təmsil olunması üçün son illərdə dövlət səviyyəsində çoxsaylı mühüm addımlar atılır. Xüsusilə, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu kimi dövlət qurumları, Gənclər Təşkilatlarının Milli Şurası və Azərbaycan Könüllü Təşkilatları İttifaqı kimi təşkilatlar tərəfindən tez-tez xaricdə təşkil olunan tədbirlərdə gənclərin və könüllülərin iştirakına şərait yaradır. Gənclərin xaricdə təhsili üzrə yeni dövlət proqramı, beynəlxalq layihələrə çıxış imkanlarının artırılması, gənclərin COP29 kimi beynəlxalq tədbirlərə, diplomatik və strateji platformalara cəlb olunması da onların inkişafına xidmət edən əsas təşəbbüslərdəndir. Mən özüm də iştirak etdiyim beynəlxalq tədbirlərdə şahid olmuşam ki, azərbaycanlı gənclər istər intellekt, istər təşəbbüskarlıq, istərsə də peşəkarlıq baxımından yüksək potensiala malikdirlər. Sadəcə olaraq, bu potensialı üzə çıxarmaq üçün davamlı şəbəkələşmə, kommunikasiya bacarıqlarının gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşmaq vacibdir. Mövcud dövlət dəstəyi və yaradılan fürsətlər isə bu istiqamətdə gənclərə böyük bir stimul verir və onların beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etmələrinə real zəmin yaradır.

PR sahəsində çalışmaq yaradıcı və çevik yanaşma tələb edir. Sizin üçün uğurlu PR strategiyasının əsas komponentləri hansılardır və bu sahədə gənclərə hansı məsləhətləri verərdiniz?

- Hazırda “Böyük Qayıdış” Gənclər Təşkilatında kommunikasya meneceri kimi fəaliyyət göstərirəm. PR sahəsində çalışmaq yüksək yaradıcı düşüncə, çevik qərarvermə qabiliyyəti və daim yenilənən trendlərə adaptasiya tələb edir. Rəqəmsal kommunikasiya mühitində informasiya sürətlə yayılır və dəyişir. Buna görə də PR mütəxəssisi hər zaman gündəmi izləməli, dəyişən şəraitə uyğun reaksiyalar verə bilməli və böhran anlarında belə soyuqqanlı davranmalıdır. Həm sosial media üçün vizual və mətn əsaslı materiallar hazırlamaq, həm də medianın diqqətini çəkə biləcək press-reliz və xəbər materiallarını formalaşdırmaq üçün yaradıcı yanaşma mütləqdir. Uğurlu PR strategiyasının əsas komponentləri sırasında hədəf auditoriyanın düzgün təhlili, effektiv mesajın formalaşdırılması, uyğun platformaların seçilməsi və davamlılıq əsas yer tutur. Məlumatların şəffaf və etibarlı formada çatdırılması ictimaiyyətlə sağlam münasibətlərin qurulmasında vacib rol oynayır. Həmçinin autentiklik – yəni səmimi olmaq bu gün üçün daha çox dəyərlidir. Gənclərə məsləhətim odur ki, öz fərdiliklərini itirmədən bu sahədə çalışsınlar, daim araşdırsınlar və dəyişən trendləri izləsinlər. İlk növbədə yaxşı bir “dinləyici” olmaq lazımdır. Çünki uğurlu PR strategiyası yalnız danışmaqla deyil, auditoriyanı anlamaqla, ehtiyaclarını müyyən etməklə başlayır. Eyni zamanda, sosial media alqoritmlərindən məlumatlı olmaq, analitik düşünmək, vizual dizayn və məzmun istehsalı sahələrində bacarıqlarını inkişaf etdirmək bu sahədə peşəkar yüksəliş üçün mühüm şərtlərdəndir. Praktiki təcrübə, könüllülük və layihələrə qoşulmaq isə bu bacarıqların real mühitdə sınanması üçün əvəzolunmaz imkanlar yaradır. PR – sadəcə mesaj ötürmək deyil, həm də dəyər yaratmaq və bu dəyəri insanlarla paylaşmaq peşəsidir. Bu xüsusiyyətlər bir araya gəldikdə istənilən brendin və ya təşkilatın cəmiyyətdəki mövqeyi daha möhkəm və dəyərli olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri