Icma.az
close
up
RU
Zeytun yağı həmişə faydalı olmaya bilər

Zeytun yağı həmişə faydalı olmaya bilər

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Açılış olein turşusu ilə bağlıdır, hansı ki, yağın tərkibində mövcuddur. Olein turşusu yağın tərkibində piy hüceyrələrinin yaranmasını stimullaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yağın tərkibində olan yağ turşusu - olein turşusu orqanizmdə yeni piy hüceyrələrinin yaranmasını stimullaşdırır. Bu isə zamanla piy ehtiyatlarının artmasına və arzuolunmaz çəki artımına səbəb ola bilər. 

Məqalədə bildirilir ki, əvvəllər bu yağ turşusu ilə əlaqəli çəki artımının səbəbi onun olduğu məhsulların yüksək kalorili olması ilə izah olunurdu. Lakin Oklahoma Universitetinin, Yale Universitetinin və Nyu-York Universitetinin tibb alimləri birgə apardıqları yeni tədqiqatda bunun belə olmadığını müəyyən ediblər.

Alimlərin qənaətinə görə, ürək və xolesterin üçün faydalı hesab edilən və Aralıq dənizi pəhrizinin əsas tərkib hissəsi olan mono-doymamış yağ turşusu olan olein turşusu, həddindən artıq qəbul edildikdə AKT2 adlı siqnal zülalının artıq sintezini stimullaşdırır və LXR adlı tənzimləyici zülalın fəaliyyətini azaldır. Nəticədə piy hüceyrələrinin öncülləri olan hüceyrələrin aktiv çoxalması baş verir və onlar yeni piy hüceyrələrinə çevrilir.

"Biz bilirik ki, piylərin növləri piylənmə epidemiyası dövründə dəyişib. Biz öyrənmək istədik: piylənmə sadəcə yağlı qidaların çox yeyilməsi ilə bağlıdır, yoxsa konkret yağ turşularının tərkibindən asılıdır". Qeyd edilir ki, olein turşusu zeytun yağının əsas yağ komponentidir. Bundan əlavə, günəbaxan, avokado, yerfındığı yağlarında və bir çox heyvan yağlarında da mövcuddur. Uzunmüddətli saxlanmanı təmin etdiyinə görə, yüksək oleinli yağlar kommersiya məhsullarında və fast-fud sənayesində geniş istifadə olunur.

Bu araşdırmada siçanlara müxtəlif yağ tipləri - donuz piyi, kokos yağı, süd yağları - ilə zəngin qidalar verilib. Tədqiq olunan yağ turşuları arasında yalnız olein turşusu piy hüceyrələrinin inkişaf mexanizmini aktivləşdirib. Bu da piy hüceyrələrinin öncüllərinin (APC) sayının artmasına və onların daha sürətli yetişməsinə səbəb olub.

Eyni bioloji dəyişikliklər laboratoriya şəraitində insan APC hüceyrələrində də müşahidə olunub. Normal şəraitdə bu proses - adipoqenez - təbii, faydalı və nəzarət olunan bir prosesdir. Mövcud piy hüceyrələri dolduqda, yeni hüceyrələrin yaranması üçün siqnal ötürülür. "Yuxuda olan" APC-lər aktivləşir və yeni piy hüceyrələrinə çevrilir ki, bu da enerji ehtiyatlarının təhlükəsiz saxlanmasına imkan yaradır.

Beləliklə, fərdi hüceyrələrin həddindən artıq dolmasının və parçalanmasının qarşısı alınır. Əks halda, piy qana, qaraciyərə və əzələlərə qarışa bilər ki, bu da sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər. Lakin tədqiqatçılar müəyyən ediblər ki, olein turşusunun həddindən artıq qəbulu bu təhlükəsizlik mexanizmini "pozur", artıq ehtiyac olmayan halda belə yeni APC-lərin yaranmasını və aktivləşməsini stimullaşdırır.

"Piy hüceyrələrini ordu kimi təsəvvür edə bilərsiniz. Olein turşusu qəbul etdikdə əvvəlcə orduda "əsgərlərin" sayı artır - bu isə artıq qidaların saxlanması üçün böyük imkan yaradır. Zaman keçdikcə qida artıq olduqca piylənmə baş verir ki, bu da ürək-damar xəstəliklərinə və diabetə səbəb ola bilər".

Bundan başqa, tədqiqatlar göstərir ki, piy hüceyrələrinin epigenetik "əzələ yaddaşı" var: onlar əmələ gəldikdən sonra arıqlama zamanı tam yox olmurlar, sadəcə ölçüləri kiçilir və illərlə bu vəziyyətdə qala bilirlər. Bu isə arıqlamağı çətinləşdirir, əksinə çəki yığmağı asanlaşdırır. Beləliklə, olein turşusu piy hüceyrələrinin sayını və aktivliyini artırmaqla piy toxumasını gələcək yağ yığımına hazırlayır.

"Məncə əsas mesaj moderasiya və müxtəlif mənbələrdən yağların qəbuludur. Olein turşusunun balanslı səviyyələri faydalıdır, lakin yüksək və uzunmüddətli qəbulu zərərli ola bilər. Əgər insanın ürək xəstəliyi riski varsa, olein turşusunu çox qəbul etmək yaxşı fikir deyil", - Rudolf vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyun 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri