Icma.az
close
up
RU
Zeytun yağı ilə yemək bişirmək təhlükəsizdirmi? DİETOLOQLARDAN CAVAB

Zeytun yağı ilə yemək bişirmək təhlükəsizdirmi? DİETOLOQLARDAN CAVAB

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlumdur ki, bütün yağların tüstülənmə temperaturu mövcuddur. Bu səbəbdən, müxtəlif məhsulların zeytun yağı ilə bişirilməsi fərqli nəticələr verə bilər. Bir çox insan yemək hazırlayarkən əsasən zeytun yağından istifadə edir. Lakin belə sual ortaya çıxır: bu yağla yemək bişirmək doğrudanmı təhlükəsizdir?

Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:

Zeytun yağı məhsulun qida dəyərinə mənfi təsir edə bilər. Buna görə də bu yağı reseptlərdə istifadə etməzdən əvvəl nəzərə alınmalı bir çox amil var.

“Birinci soyuq sıxım zeytun yağı istehlak edilə biləcək ən faydalı yağlardan biridir. Bu yağ tərkibində bol miqdarda tək doymamış yağ turşuları, xüsusilə də olein turşusu saxlayır.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) qeyd etdiyi kimi, bu turşu doymuş yağların – məsələn, kərə yağı və ya kokos yağı – yerinə istifadə edildikdə ürək-damar xəstəlikləri riskini azalda bilər”.

Aparılan araşdırmalar göstərir ki, zeytun yağı həmçinin iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər ürək xəstəlikləri və diabet kimi xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Bu səbəbdən zeytun yağı Aralıq dənizi pəhrizinin əsas tərkib hissəsi sayılır bu pəhriz isə ürək sağlamlığı və uzunömürlülük baxımından ən faydalı sayılır.

Tüstülənmə temperaturu – bu, yağın tüstü çıxarmağa başladığı və qida dəyərinin, eləcə də dadının azalmağa başladığı temperaturdur.
Birinci soyuq sıxım zeytun yağının orta tüstülənmə temperaturu çox zaman düşündüyümüzdən yüksək olur – təxminən 190°C.

“Doğrudur, birinci soyuq sıxım zeytun yağı qızdırıldıqda antioksidantlarının bir hissəsini itirə bilər – məsələn, 120°C-də təxminən 40 faizi, 170°C-də isə 75 faizə qədər.

Amma aparılan araşdırmalar göstərir ki, polifenol tərkibi Avropa İttifaqının sağlamlıq standartlarına uyğun qalır. Hətta bir digər araşdırma göstərdi ki, zeytun yağı tərkibindəki antioksidantlar və az miqdarda çox doymamış yağlar səbəbindən, yüksək tüstülənmə temperaturuna malik yağları belə geridə qoyaraq ən dayanıqlı yağ sayılır".

Dietoloq onu da qeyd edir ki, bəzi tərəvəzlərin, məsələn, kartof, pomidor, badımcan və balqabağın – birinci soyuq sıxım zeytun yağında bişirilməsi onların antioksidant tərkibini artıra bilər. Amma qeyd olunmalıdır ki, qızartma zamanı yeməyin dadı da dəyişə bilər.

“Yüksək temperaturda bəzi vitaminlər parçalanır. Amma əsas itki dadlı flavonoidlər və zeytun yağını ləzzətli edən polifenollar olur,” – Dreksel Universitetinin kulinariya professoru və Drexel Food Labın direktoru Conatan Doyç bildirir. Bu səbəbdən, zeytun yağının qida dəyərini tam saxlamaq üçün onun çiy şəkildə istifadəsi tövsiyə olunur.

Qızardılmış tərəvəzlərin, makaronun, pizzanın, ətin, dəniz məhsullarının və ya kartofun üzərinə azca gəzdirin, ya da evdə hazırlanmış vinaqret (salat sousu) üçün istifadə edin. Beləliklə, daha çox antioksidant saxlamış və onun ətirli çiçək aromatını hiss etmiş olarsınız.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri