Icma.az
close
up
RU
Zirə nin legioneri: Nəticələr bizi qane edir, amma hədəfimizə çatmaq üçün çox çox çalışmalıyıq MÜSAHİBƏ

Zirə nin legioneri: Nəticələr bizi qane edir, amma hədəfimizə çatmaq üçün çox çox çalışmalıyıq MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zirə"nin futbolçusu Stefan Akka Sportal.az saytına müsahibə verib.

- Hazırda "Zirə"nin toplanışı necə gedir? Tətil günlərini Bakıda keçirdin?

Məşqlərimiz yaxşı səviyyədə gedir. Biz mövsümün qalan hissəsinə hazır olmaq üçün işləyirik. Hər kəs işinə ciddi yanaşır. Bəli, fasilədən istifadə etmək üçün ailəmlə birlikdə İtaliyada oldum. İndi isə məşqlərə fokuslanmışıq. 

- "Zirə" son görüşdə "Sabah"la bərabərə qaldı. Qol epizodlarınız çox deyildi. Demək olar ki, bu görüşdə 1 xal sizin üçün əla fürsət oldu?

Məncə, oyunu nəzərə alsaq, yaxşı nəticə qazandıq. “Sabah” yaxşı komandadır. Onlar matçın ilk hissəsində daha yaxşı oynadılar. Amma fasilədən sonra biz daha yaxşı oynadıq. Bu mənada, həmin görüşdəki bərabərliyi yaxşı nəticə saymaq olar.

- Hazırda "Zirə" 52 xalla 2-ci pillədədir, "Araz-Naxçıvan"ın 47, "Turan Tovuz”un isə 43 xalı var. Bu nəticə sizi razı salır? Həmin rəqiblərin sizi ötüb-keçmək təhlükəsini hiss edirsiz?

Bəli, nəticələr bizi qane edir. Çünki liqadakı rəqiblərimizə qarşı bir az üstünlüyümüz var. "Sabah"a qalib gəlsəydik, bizdən sonrakı komanda ilə xal fərqimiz 8-ə yüksələ bilərdi. Amma 5 xal da pis deyil. Hədəfimizə çatmaq üçün çox çalışmaq lazımdır. Çünki hələ ki mövsüm davam edir. 

- "Zirə" fasilədən sonra ilk oyununu "Şamaxı"ya qarşı keçirəcək. Hansı ki, bu mövsüm evdə onlara 0:1 uduzmusuz. Səncə, revanş almaq mümkün olacaq?

Düşünmürəm ki, “Şamaxı”dan revanş almalıyıq. Çünki biz onlara qarşı onsuz da çox oyun keçirmişik və qalib də gəlmişik. Yəni həmin məğlubiyyətdən sonra onları udmuşuq da. İstənilən halda, bu dəfəki də bizim üçün vacib oyun olacaq və yolumuza davam edərək qalib gəlməyə çalışacağıq

- "Qarabağ"dan 12 xal geridəsiniz. Maraqlıdır, "Qarabağ"a qarşı mübarizə aparmaq, çempionluq mübarizəsində yer almaq çox çətindir? Bura gəldiyin vaxtı necə idi və indi necədir? 

Düzünü desəm, çempionluq uğrunda “Qarabağ”a qarşı mübarizə aparmağı düşünmürəm. İndiyə qədər yaxşı iş görmüşük və bundan sonra da buna davam edəcəyik. Diqqətimizi çox çalışmağa yönəltmişik. Mövsümün sonunda harada olacağımızı görəcəyik.

- Səncə, bu sezon "Zirə" Konfrans Liqasına yollanmağı bacaracaq? Yəqin ki, bu vaxtdan sonra bu cür şansı əldən verməzsiniz?

Düşünürəm ki, bəli, biz Konfrans Liqasına vəsiqə qazanacağıq. Amma işləməyə, işimizə konsentrasiya olmağa davam etsək, bunu bacaracağıq. Hamı tam olaraq məşqlərə, oyunlara fokuslanıb. Yalnız qarşıdakı görüşləri düşünürük. İnanıram ki, sonda hər şey yaxşı alınacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Mart 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri