Icma.az
close
up
RU
Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının anım günüdür.

Kulis.az Aysel Vəzirovanın onun haqqında qeydlərini təqdim edir.

Əgər 2020-ci il uzun il (366 gün) olsaydı, onun doğum günü sabah olardı. O, fevralın 29-da dünyaya gəlmişdi. Bu nadir tarix də onun kimi mənim uşaqlıq illərimdə müntəzəm şəkildə gah olur, gah olmurdu.

Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... - İncəsənət Universiteti səbəbi açıqladı Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?

Yazıçı Ənvər Məmmədxanlı mənim babamın əmisı oğlu və ən yaxın dostu idi. Ənvər ingilis dilində "intellektual" kateqoriyasına aid adamlardan idi (təəssüf ki, bu sözün Azərbaycan dilində tam qarşılığı yoxdur.). O, bu anlayışa o qədər uyğun gəlirdi ki, bəzən, real adi adamdan çox, ədəbi personaja bənzəyirdi.

Onun Bakı və Xəzər mənzərəli təpədəki kiçik evi sanki künclər və həndəsi formalardan ibarət idi.

Son dövrkü Bakının miskin sovet istehlakçılığından qurtulmaq cəhdində o, sakit tərki-dünya həyatı yaşayırdı.

Boş divarlar, masa oturacaqları, içərisi kitablarla dolu ucuz taxta rəflər. Nə həyat yoldaşı, nə övladları...

İlin bütün fəsillərində həmişəki qara köynək, tünd şalvar. Nə qalstuk, nə qol düymələri.... Bəzən pencək. Yadıma gəlmir paltosu var idimi? Tez-tez başına qoyduğu şlyapa sankı 50-ci illərdə alınmış və dolabında on illərlə qalmışdı. Zahiri görünüşü üçün minimum səy göstərər, nadir hallarda özü üçün nəsə alardı.

Lakin unikal yaddaşının polad dolablarında o, külli miqdarda məlumat toplayar, sistemləşdirər və hifz edərdi.

O, öyrənməyi sevər, lakin sahib olmağı sevməzdi. Heç kimə borclu qalmamaq üçün çox az şeylə qane olmağa çalışırdı. O, heç də dövlətli adam deyildi, lakin onun görkəmində sovet "ziyalısı"nın nümayişkarcasına kasıbçılığından əsər-əlamət yox idi.

Öz mənəviyyatının bayrağını daşıyaraq, xalqı maarifləndirmək kimi iddiası da yox idi. O, sakit, aramlı müqavimət, nəcib asketizm və tənhalıq içində ömür sürür, yəni oxumaq, düşünmək, yazmaq kimi sevdiyi şeyləri etmək üçün heç nəyə ehtiyacı olmayan adam kimi yaşayırdı.

Kompartiya üçün Ənvər Məmmədxanlı, əlbəttə, qıcıq mənbəyi idi. Lakin ona təzyiq göstərmək asan deyildi. Çünki o, kommunistlərin partiyasından bir şey istəmirdi.

İtirilmiş fürsətlər qorxusu onun həyatına heç cür təsir etmirdi. O, özü üçün paralel bir yaşam mühiti yaratmışdı ki, bu da onun üçün kifayət idi. Düşünürəm ki, ona həmişə yanında olan xarizmatik və güclü əmisi oğlu, mənim babam dəstək olurdu.

Babam o dövrün qaynar ictimai və ədəbi hadisələrinə fəal qatılmış insan idi. Sonsuz və çox vaxt təhlükəli vuruşlarda babam qanayan yaraları, ağır medalları, zəfərləri və səhvləri ilə bir-birinə atlı və atı kimi bağlı ön cəbhənin döyüşçüsü idi.

Ənvər isə başqa tərzdə adam idi - tərki-dünya və mütəfəkkir. Onun aləmində yaraları kitabları arasında gizlənir, zəfərlər isə mənasını itirirdi. Bəlkə ona kömək edən bir də onun gözəl kişi olması, yaraşıqlı və mehriban adam olması idi. O, qadınların xoşuna gəlirdi. Uşaqlar onu sevirdi. Onun nadir ad günlərinin birində biz anamla ona dəyməyə gəldik. Anam zarafatla soruşdu: "Sən dəqiq yadından çıxarmamısan ki, bu günü?"

Mən onun kitabxanasında uca kitab rəflərinə baxaraq dayanmışdım. Və onun təbəssümünü görmədim. Amma yavaş və dərin bir səs eşitdim. O gülürdü. "Əlbəttə, unutmamışam. Çay içək? Mənim burada konfetim olmalıydı".

O bir an fikirləşdi:

- Amma qəndim dəqiq vardır.

Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... - İncəsənət Universiteti səbəbi açıqladı Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri